Icma.az
close
up
RU
Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri davam edir

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri davam edir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Mahmudov İbrahim Ağagül oğlu və Şamilov Emil Rafiq oğlunun ildönümləri münasibətilə anım tədbirləri keçirilib.

Anım tədbirlərində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, Ramana bələdiyyəsinin sədri Çingiz Məmmədov, qəsəbə sakinləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, İbrahim Mahmudov 1998-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. Orta təhsilini Sabunçu rayonu, Maştağa qəsəbəsi 108 nömrəli tam orta məktəbdə alıb. İbrahim Mahmudov 11 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Emil Şamilov 1996-cı il iyulun 3-də Bakı Bakı şəhərində anadan olub. Orta təhsilinə Ramana qəsəbəsi, 296 nömrəli tam orta məktəbdə başlayıb. 9 il burada təhsil aldıqdan sonra peşə məktəbinə daxil olub. Emil Şamilov karate idman növü üzrə 12 qat Respublika, 1 qat Avropa, Zaqafqaziya çempionu və “Qara kəmər” sahibi idi. 2020-ci ilin 26 oktyabrında Xocavənd rayonun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlər görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Ramana qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri