Icma.az
close
up
RU
Sabunçuda da çoxillik ağaclara divan tutulur Rəsmi açıqlama + VİDEO

Sabunçuda da çoxillik ağaclara divan tutulur Rəsmi açıqlama + VİDEO

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Maştağada “Köhnə klub” adlanan ərazidə çoxillik ağacları kəsirlər. Qəsəbədəki Heydər Əliyev parkı ilə birləşən yerdə - poçt, polis bölməsi və vağzala yaxın hissədə artıq ağaclar kəsilib və məhv edilib. İllərdir əkilmiş qocaman ağaclardan heç nə qalmayıb”.

Mia.az-ın məlumatına gərə, bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.

Onların sözlərinə görə, axşamlar işıqlar söndürülür və qaranlıqda ağacları məhv edirlər ki, sakinlər görə bilməsinlər: “Həmin ərazidə 40-50 yaşında ağaclar var idi. Başladılar orada obyekt tikməyə. Obyektə görə o ağaclardan təxminən 20-25-i kəsildi. Əvvəlcə budadılar ki, hiss olunmasın, sonra kəsməyə başladılar. Hamısı da zeytun və şam ağacları idi. Bu məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi vacibdir. Bu qanunsuzluğu edən cəzalandırılmalı, digər ağaclar xilas edilməlidir”.

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə qanunsuz ağac kəsintisi faktı aşkar edilib: “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Fevral 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see486

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see359

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see355

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see333

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see305

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see304

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see291

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see281

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see272

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see249

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see225

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see222

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri