Icma.az
close
up
RU
Sabunçuda kafedə dava: Gənc oğlan tanışına xəsarət yetirdi

Sabunçuda kafedə dava: Gənc oğlan tanışına xəsarət yetirdi

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Məzahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İntiqama xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda baş verib. Məzahir “Rza 019” adlı kafedə kənar şəxslərin gözü qarşısında üzdən tanıdığı İntiqam ilə mübahisə edib, yumruqla qəsdən onun üz nahiyyəsindən bir dəfə yumruqla zərbə endirib. 
Hadisəni törədən Məzahirin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məzahir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 3 may 2024-cü ildə, axşam saat 20 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Rza019” adlı kafeyə gedib: “Orada əyləşərək özümə pivə sifariş etdim. Həmin kafedə təxminən yarım saat əyləşdikdən sonra içəri əvvəllərdəndə tanışım olan Sadiq adlı şəxs gəldi. Sadiq məni görən kimi yanıma yaxınlaşaraq görüşdü və birlikdə masa arxasında əyləşərək söhbətə başladıq. Söhbət əsnasında Sadiq özünə məxsus olan dreli satdığını, yan masada əyləşən bir nəfər şəxsə bu barədə dediyini, həmin şəxsdə öz tanışına zəng edərək drel satıldığını söylədi. Bir qədər keçdikdən sonra kafeyə İntiqam adlı şəxs daxil oldu. İntiqam ona zəng edən şəxsə yaxınlaşdı və Sadiq dreli götürərək onların yanına getdi. Onların söhbətini eşitdikdən sonra sadəcə olaraq zarafatyana İntiqama “nəyə görə 30 manata aldığını, lazımdırsa 40 manat verməli olduğunu” söylədim. Bu zaman İntiqam mənə aqressiv cavab verərək onunla zarafat etməməyini dedi. Onun belə cavabından əsəbləşərək ayağa qalxdım. Ona bu cür danışmamasını söylədim. İntiqam adlı şəxs mənə qarşı nalayiq ifadə işlətdiyi üçün əsəbləşərək sağ əli ilə onun üz nahiyəsinə yumruqla vurdum. Bu zaman onun yanındakı şəxs bizi aralaşdırdı və İntiqam adlı şəxs kafedən çölə çıxdı. Daha sonra isə özüm oradan uzaqlaşaraq getdim. Təxminən 7-8 dəqiqə davam edən mübahisələrimiz bitdi. Mübahisə zamanı kafedə başqa şəxslər də olub”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən İntiqamın sözlərinə görə, əmisi ona zəng vuraraq bir nəfər şəxsin direl satdığını, drelin münasib qiymətə olduğunu deyib: “Mən əmim ilə razılaşaraq Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Rza 019” adlı kafeyə getdim. İçəri daxil olaraq həmin direli satan şəxslə görüşdüm. Direlin qiymətinin 35 manat olduğunu öyrəndim. Dreli satan şəxsə 30 manat pulumun olduğunu və bu qiymətə almaq istədiyimi dedim. Həmin şəxs mənimlə razılaşdı”.
İntiqam qeyd edib ki, bu zaman həmin kafedə başqa bir stolda əyləşən şəxs ona nəyə görə 30 manata aldığını, lazımdırsa 40 manat verməli olduğunu deyib: “Ona nəyə görə 40 manat verməli olduğumu, 30 manata razılaşdığımızı söylədim. Bundan sonra həmin şəxs səbəbsiz yerə mənimlə mübahisə etməyə başladı. Həmin şəxsin sərxoş olduğunu başa düşdüyüm üçün yola vermək istədim. Kafedən çıxmaq istəyəndə həmin şəxs məni çağırdı. Arxaya çevrilən zaman yumruqla üzümə vurdu. Bu zaman çölə çıxaraq qardaşıma zəng vurdum. Daha sonra həmin şəxs kafedən çıxaraq məni nalayiq ifadələrlə təhqir edərək oradan uzaqlaşdı”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məzahir 1500 manat miqdarında cərimə olunub. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri