Icma.az
close
up
RU
Sabunçuda oğul anasına xəsarət yetirdi

Sabunçuda oğul anasına xəsarət yetirdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda ana və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 29-da baş verib. Cəlilabad rayon sakini, 1986-cı il təvəllüdlü İlqar Musayev həmin gün saat 17 radələrində yaşadıqları bir otaqlı evlərində anası Qənirənin (ad-soyad şərtidir – red.) ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz və baş nahiyələrindən bir neçə dəfə vurub. 
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən İ. Musayev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, bir neçə müddətdir spirtli içki aludəçisidir, son zamanlar isə mütəmadi olaraq aptekdən spirt alaraq içdiyi üçün evdə daim münaqişələr yaşanıb:
“Aprelin 29-da, təxminən saat 17 radələrində yenə də spirt içdikdən sonra yaşadığım evə getdim. Anam mənə öz iradlarını bildirdi. Aramızda mübahisə yarandı. Mübahisə zamanı qəzəblənərək əlim ilə bir neçə dəfə onun üz və baş nahiyələrindən zərbələr vurdum. Sonra evdən getdim. Əməlimdən peşmanam. Hadisəni içkili olduğumdan törətmişəm, tam xatırlamıram”.
Zərərçəkmiş qadının sözlərinə görə, aprelin 29-da təxminən saat 17 radələrində oğlu yenə spirtli içkinin təsiri altında evə gəlib və səbəbsiz yerə onu nalayiq ifadələrlə təhqir etməyə başlayıb: “Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı İlqar qəzəblənərək əli ilə bir neçə dəfə üz və baş nahiyələrimdən zərbələr vurdu. Sonra evdən getdi. Oğlum dəfələrlə məni  döyüb. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəfələrlə müraciət etmişəm. Oğlumdan şikayətçiyəm”. 
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İ. Musayev 3 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri