Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı Anbaan Video
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Türkiyənin İstanbul şəhərində saç kəsimini bəyənməyən müştərinin berberə bıçaqla hücum etməsi gündəm olub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Kağıthane rayonunun Gültepe məhəlləsində baş verib. Məlumata görə, 23 yaşlı şəxs təxminən 10 gün əvvəl berber Erhan Zengin tərəfindən saçını kəsdirib. Tıraşdan sonra pulunu ödəyərək heç bir narazılıq bildirmədən məkanı tərk edib.
İddiaya görə, saç kəsimini sonradan bəyənməyən müştəri hadisəni özünə dərd edib. Hücumdan bir gün əvvəl berber dükanının qarşısındakı restoranda saatlarla oturaraq Erhan Zengini izləyib.
Növbəti gün isə berberin dükanın qarşısında olduğu vaxt ona yaxınlaşaraq bıçaqla bacağından xəsarət yetirib. Yaralı berber özünü iş yerinə ataraq hücumdan qurtulub və xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı Türkiyə mətbuatına danışan Erhan Zengin baş verənlərdən təəccübləndiyini bildirib:
"Bir gün öncədən məni izləyib. Saçını kəsdim, bəyənmədiyini demədi. Pulunu verdi, təşəkkür edib normal şəkildə getdi. Gəlib 'Saç kəsimini bəyənmədim' desəydi, düzəldərdim".
Hadisə təhlükəsizlik kameralarına da düşüb. Polis tərəfindən saxlanılan şübhəli daha sonra "qəsdən xəsarət yetirmə" ittihamı ilə həbs edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 17 Sentyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















