Arvadının saç düzümünü bəyənmədi, bərbərin qolunu qırdı
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Krımın Sevastopol şəhərində həyat yoldaşının yeni saç düzümünü bəyənməyən kişi bərbərin qolunu sındırıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, müştərinin imicindəki dəyişiklik 43 yaşlı qadın bərbərin ciddi xəsarət almasına səbəb olub. Evdə içki içdiyi bildirilən 31 yaşlı kişi həyat yoldaşının yeni saç düzümünü bəyənməyib. O, “stilistin” ünvanını öyrəndikdən sonra onun evinə gedib. Məlumata görə, narazı Sevastopol sakini qalmaqala səbəb olub və qadının qolunu burub. Zərərçəkmiş bir neçə sınıq xəsarəti alıb.
Müştərinin aqressiv əri saxlanılıb. Həmin şəxsə qarşı cinayət işi açılıb və onu 3 ilə qədər həbs gözləyir. Qeyd olunur ki, o, günahını etiraf edib və peşman olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















