Icma.az
close
up
RU
Saç tökülməsini azaldır, arıqlamağa kömək edir

Saç tökülməsini azaldır, arıqlamağa kömək edir

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bibəriyyə (red. -  rozmarin) çox faydalı bitkidir.

“Qafqazinfo” xəbər verir ki, bu bitkinin yaddaşı gücləndirməkdən saç sağlamlığını dəstəkləməyə qədər bir çox sahədə müsbət təsirləri var. 

Həm yarpaqlarından əldə edilən yağ, həm də çay şəklində istehlak edilə bilən rozmarin ümumi sağlamlığı yaxşılaşdırmaq potensialına malikdir.

Tərkibindəki birləşmələr sayəsində güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bədəndəki sərbəst radikalları neytrallaşdıran yüksək miqdarda antioksidant ehtiva edən rozmarin, bu xüsusiyyəti sayəsində hüceyrə zədələnməsinin azaldaraq, xroniki xəstəliklərin inkişafının qarşısını ala bilir.

Bibəriyə beyindəki nörotransmitterlərin səviyyəsini artıraraq yaddaşa və konsentrasiyaya müsbət təsir göstərə bilər.

Tərkibindəki beyin funksiyalarını yaxşılaşdırmağa kömək edən birləşmələr yaddaş və konsentrasiyanı artıraraq zehni yorğunluğu azalda, eyni zamanda mədə turşuluğunu tənzimləyərək həzmi asanlaşdıra, qaz və şişkinlik kimi həzm problemlərini aradan qaldıra bilər.

Antibakterial xüsusiyyətləri sayəsində bədəni zərərli mikroorqanizmlərdən qoruya bilir. Qan dövranını yaxşılaşdıran və ürək sağlamlığını dəstəkləyən rozmarin qan təzyiqini tarazlaşdırmağa da kömək edir.

Bəzi tədqiqatlar göstərir ki, rozmarin xərçəng hüceyrələrinin böyüməsini ləngidə və bu hüceyrələri öldürə bilir. 

Bibəriyə ağız qoxusuna səbəb olan bakteriyaları zərərsizləşdirə bilən antibakterial xüsusiyyətlərə malik fitokimyəvi maddələr ehtiva edir. Bu şəkildə ağız qoxusunu aradan qaldırmağa və diş xəstəlikləri ilə mübarizə aparmağa kömək edə bilər.

Bibəriyənin efir yağının aroması qanda stres hormonu kortizol səviyyəsini azalda, beləliklə stres və narahatlıq hisslərini aradan qaldıra bilir.

Bu bitki saç sağlamlığı üçün çox faydalıdır.  Saçları uzada, eləcə də saç follikullarını gücləndirərək saç tökülməsini azalda bilər.  Daimi istifadə ilə saçlarınızı daha dolğun və sağlam göstərəcək. Kəpək və qaşınma kimi baş dərisi problemlərində faydalıdır.

Saçların təbii parlaqlığını artıra, daha canlı və sağlam göstərə bilər.

Bəzi araşdırmalar göstərir ki, rozmarin iştahı azaldır və bu da çəkiyə nəzarətə kömək edir. Bundan başqa bibəriyə çayı həzm sistemi üçün çox faydalıdır.

Beləliklə bibəriyə:

Xroniki xəstəliklərin qarşısını alır.

Yaddaş və konsentrasiyanı artırır.

Qaz və şişkinlik problemlərini aradan qaldırır.

İmmunitet sistemini gücləndirir.

Ürək sağlamlığını qoruyur.

Xərçəng riskinin qarşısını alır.

Beyin fəaliyyətini dəstəkləyir.

Stres və narahatlığı azalda bilər.

Ağrı və iltihabı azaldır.

Ağız qoxusunu aradan qaldıra bilir.

Arıqlamaq istəyənlər üçün faydalıdır.

Sidik yollarının infeksiyasının qarşısını ala bilər.

Saçlar üçün faydalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri