ŞAD XƏBƏR Qazla bağlı rüsum LƏĞV EDİLİR
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə - 20 manat dövlət rüsumu ləğv edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir (18.59-cu maddə ləğv edilir).
Eyni zamanda “Energetika haqqında” Azərbaycan Respublikasının qanununda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Baxış sayı:100
Bu xəbər 14 İyul 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















