Icma.az
close
up
RU
ŞAD XƏBƏR: “VETERAN PULU” 160, “QOCALIQ PENSİYASI” 285 MANAT...

ŞAD XƏBƏR: “VETERAN PULU” 160, “QOCALIQ PENSİYASI” 285 MANAT...

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 23 dekabr 2004-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının bir hissəsi hələ də icra olunmayıb. Prezident, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə 3 ay ərzində təkliflər hazırlayıb təqdim etməyi tapşırmışdı. Amma bu tarixdən bir aya yaxın vaxt keçib, hələ də müvafiq qərar qəbul edilməyib.

Yaxın günlərdə təqaüdlər və müavinətlərin artırılması ilə bağlı addımlar atıla bilərmi?

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli “AzPolitika”ya açıqlamasında bildirib ki, sözügedən sərəncamda yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də artırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, həmin sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində, yəni ən geci martın 23-dək sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılmışdı: “Məsələyə həmin sərəncamın minimum əməkhaqqı və minimum pensiya ilə bağlı hissələrinin vaxtında reallaşdırılması məntiqindən yanaşsaq, sosial müavinətlərin və təqaüdlərin artırılması məsələsi aprel ayında yekunlaşdırılmalıdır. Əgər bu ay reallaşdırılmasa, onda növbəti aylara qalacaq və konkret nə vaxt reallaşacağını söyləmək çətindir.

Məlumdur ki, 2019-cu ildən müharibə veteranlarımıza kommunal xərclərin ödənilməsi məqsədilə “veteran pulu” deyilən 80 manatlıq müavinət verilir. 2019-cu ildən bu yana həmin xərclər xeyli artıb. Əgər kommunal xərclər artıbsa, həmin müavinətin də müvafiq nisbətdə artırılması məntiqə uyğundur. Ona görə də hələ keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən “veteran pulu” adlandırılan, müharibə veteranlarına verilən xüsusi Prezident təqaüdünün azı 2 dəfə artırılıb 80 manatdan 160 manata çatdırılmasını təklif etmişdik.”

Ə. Məsimli xatırladır ki, hazırda “qocalıq pensiyası” adlandırılan yaşa görə müavinət 220 manatdır.

Millət vəkili vurğulayıb ki, bu məbləğ 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimumundan isə 65 manat və ya 30 faiz azdır: “Biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır vəziyyətini nəzərə alaraq, həmin məbləğin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik. Məsələn, bu il üçün yaşa görə müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyən edilən 285 manatdan aşağı olmasın. Amma sözügedən müavinətlərin dediyimiz nisbətdə artacağı barədə əminliklə fikir yürütmək çətindir və hər birinin nə qədər artacağını yalnız sənəd ortaya çıxdıqda biləcəyik.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri