Icma.az
close
up
RU
“VETERAN PULU” 160, “QOCALIQ PENSİYASI” 285 MANATA ÇATDIRILMALIDIR

“VETERAN PULU” 160, “QOCALIQ PENSİYASI” 285 MANATA ÇATDIRILMALIDIR

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının bir hissəsi hələ də icra olunmayıb. Prezident, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə 3 ay ərzində təkliflər hazırlayıb təqdim etməyi tapşırmışdı. Amma bu tarixdən bir aya yaxın vaxt keçib, hələ də müvafiq qərar qəbul edilməyib.

Yaxın günlərdə təqaüdlər və müavinətlərin artırılması ilə bağlı addımlar atıla bilərmi?

Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli “AzPolitika”ya açıqlamasında bildirib ki, sözügedən sərəncamda yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də artırılması nəzərdə tutulub.

Onun sözlərinə görə, həmin sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində, yəni ən geci martın 23-dək sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılmışdı: “Məsələyə həmin sərəncamın minimum əməkhaqqı və minimum pensiya ilə bağlı hissələrinin vaxtında reallaşdırılması məntiqindən yanaşsaq, sosial müavinətlərin və təqaüdlərin artırılması məsələsi aprel ayında yekunlaşdırılmalıdır. Əgər bu ay reallaşdırılmasa, onda növbəti aylara qalacaq və konkret nə vaxt reallaşacağını söyləmək çətindir.

Məlumdur ki, 2019-cu ildən müharibə veteranlarımıza kommunal xərclərin ödənilməsi məqsədilə “veteran pulu” deyilən 80 manatlıq müavinət verilir. 2019-cu ildən bu yana həmin xərclər xeyli artıb. Əgər kommunal xərclər artıbsa, həmin müavinətin də müvafiq nisbətdə artırılması məntiqə uyğundur. Ona görə də hələ keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən “veteran pulu” adlandırılan, müharibə veteranlarına verilən xüsusi Prezident təqaüdünün azı 2 dəfə artırılıb 80 manatdan 160 manata çatdırılmasını təklif etmişdik.”

Ə. Məsimli xatırladır ki, hazırda “qocalıq pensiyası” adlandırılan yaşa görə müavinət 220 manatdır.

Millət vəkili vurğulayıb ki, bu məbləğ 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimumundan isə 65 manat və ya 30 faiz azdır: “Biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır vəziyyətini nəzərə alaraq, həmin məbləğin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik. Məsələn, bu il üçün yaşa görə müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyən edilən 285 manatdan aşağı olmasın. Amma sözügedən müavinətlərin dediyimiz nisbətdə artacağı barədə əminliklə fikir yürütmək çətindir və hər birinin nə qədər artacağını yalnız sənəd ortaya çıxdıqda biləcəyik.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri