Icma.az
close
up
RU
Sadə təsadüf Cəllad qurbanlarının əhatəsində...

Sadə təsadüf Cəllad qurbanlarının əhatəsində...

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur İran rejissoru Cəfər Pənahinin yeni "Sadə təsadüf” filmi mayın 20-sində Kann kinofestivalının əsas müsabiqəsində nümayiş olunanda artıq güman etmək olardı ki, film Qızıl palma budağı mükafatını almağa favoritdir. Elə də oldu - mayın 24-də Pənahi festivalın əsas mükafatına layiq görüldü.

Əlbəttə, burada siyasət də öz rolunu oynadı Eyni süjet deyək ki İrandan yox,başqa bir ölkədən olan rejissor tərəfindən işlənsəydi ona eyni diqqət ayrılmayacaqdı.Baxmayaraq ki, süjet aktualdır. Həm də dünyanınhər yeri üçün. Belə ki, Pənahi keçmiş siyasi məhbuslarla onlara işgəncələr vermiş cəlladı görüşdürür.  Adi yol qəzası illərin Qordi düyününün kəsilməsi üçün təkan olur. Bu cür hadisə isə Almaniyada RAF, İngilttərədə İRA, İspaniyada ETA üzvlərinin, Fransada "Sarı jilet”linin də başına gələ bilərdi. Siyasət və mübarizə olan hər yerdə cəlladlar da var, qurbanlıqlar da.

Ancaq ssenari barədə sonra danışarıq. Hələliksə qeyd edək ki,bu ilin Kann kinofestivalı Cəfər Pənahi üçün ikiqat əlamətdar oldu. Əsas mükafatı almağından başqa, o, uzun fasilədən sonra İranı tər ketməyə və festivala şəxsən qatılmağa imkan tapmdı. Son 15 ildə rejissor ölkəni tərk etmək hüququndan məhrum idi. Üstəlik, Cəfər Pənahiyə film çəkmək və müsahibə vermək də qadağandı. 2010-cu ilin iyununda başlayan qadağaların müddəti 20 il idi. Həmin vaxt rejissor İranda prezident seçkilərinin nəticələrinə qarşı kütləvi aksiyalara qatılmış, həbs olunmuş və 6 il cəza almışdı. Ancaq cəzasını zindanda çəkməmiş, ev dustaqlığına buraxılmışdı. 

Və paradoks: bütün qadağalara baxmayaraq Pənahi daha bir neçə film çəkib, ən nüfuzlu kino festivallarının mükafatlarını alıb. Venetsiyada, Berlində festivalların jürisində onun üçün boş yer saxlanıldı. Onun "Ofsayd” filmi İran hüdudlarından kənara tortun içərisində gizlədilmiş fleş-kartda çıxarılmışdı. 2015-ci ildə isə Pənahinin "Taksi”si Berlinaledə "Qızıl şir”ə layiq görülmüşdü.

2022-ci ildə rejissor yenidən həbs olunur. Bu, beynəlxalq arenada güclü əks-səda yaradır. 62 yaşlı Pənahi "Evin” türməsində aclıq elan edir və 2023-cü ilin fevralında 7 aylıq həbsdən sonra azadlığa buraxılır..

Bir sözlə, Pənahi İrandakı mövcud rejimə qarşı müqavimətin simvollarından birinə çevrilib, ölkəsinin reallıqlarını ifşa edir, ancaq daha bir paradoks - bunlara cavab olaraq İran hakimiyyəti onu ciddi cəzalandırmır. Bunun səbəbini rejissordan soruşanda "İran heç də birmənalı ölkə deyil, onu başa düşmək çox çətindir” deyir. Və yanılmır.

Doğrudan da, ölüm hökmlərinin icrasına görə yalnız Çindən geri qalan bir ölkədə mövcud siyasi kursla barışmayan rejissoru uzun müddətə məhbəsə göndərmək, yaxud qadağalara riayət etməsinə nail olmaq nə çətin işdir ki? Yaxud, əksinə - daha yaxşı olmazmı ki, ümumiyyətlə qadağalar ləğv olunsun, Pənahi də filmlərini rahat çəksin, evini rahat tərk etsin, mükafat ardınca Avropaya sərbəst uçsun? Ancaq İran hökuməti bu taktikanı da tutmur. Və doğrudan da, birmənalılıqdan uzaq mənzərə yaranır - qadağalar rəsmən var, ancaq faktik olaraq onlar o qədər də radikal deyil və daha çox simulyasiya xarakterlidir. İran hakimiyyəti bir tərəfdən total nəzarətdə suçlanır, digər tərəfdən isə nəzarət elə də dözülməz deyil. Yəni, Pənahinin statusu kimi, İran hökumətinin nəzarət statusu da qeyri-müəyyən və çoxmənalıdır.

Hakimiyyət rejissoru fəaliyyətində məhdudlaşdırıb, ancaq film çəkməyinə də, həmin filmlərin Avropaya çıxarılmasına da, mükafatlar almasına və bununla da hakimiyyətə qarşı anti-təbliğat resursuna çevrilməsinə də barmaqarası baxır. Bu kazusu adi məntinlə izah etmək çətindir. 

2015-ci ildə Pənahi "Taksi” filmini çəkir. Əvvəlki "Ofsayd” filminə cəmisi 2500 dollar pul xərclədiyini deyirdisə, "Taksi”nin büdcəsi həmin məbləğdən də azdı. Bu, bir daha təsdiqdir ki, film (hətta gözəl film) çəkmək üçün iri məbləğlər və sponsorlar heç də vacib deyil. Mövzu və süjet bolluğunda filmlər çəkilmirsə, bunun səbəbini başqa istiqamətlərdə axtarmaq lazımdır. Pənahi isə "Taksi”yə nə az, nə çox - bütün İranı sığışdıra bilir. 

Şah İranında rejissorları həbsə atırdılar, İslam inqilabının ilk aylarında kinoteatrlara od vururdular, Xomeyninin qələbəsi ilə kinonun ləğvini gözləyirdilər. Ancaq fərqli mənzər yarandı - artıq 35 ildir İran kinosu fenomeni, İran "Yeni dalğa”sı davam edir. Artıq üçüncü nəsil yetişir və nə qəribə ki, İran kinosunda atalar və oğullar davası yoxdur. Oğullar atalara yuxarıdan aşağı baxmır, "qiyam” qaldırmır və özündən əvvəlkilərə sədaqətini saxlayır. Və bu varslik hissindən kinematoqraf qətiyyən uduzmayıb, yalnız udub.

Pənahinin Kannda nümayiş olunan "Sadə təsadüf” filminin süjeti son anadək məxfi saxlanılırdı. O, qisas almaq şansı qazanan keçmiş siyasi məhbuslar haqqındadır. Pənahi cəlladla qurbanları rastlaşdırır. Yolda maşını xarab olan Əkbərə yardım edən usta Vahid onu oğurlayır, məzar qazır və edam etməyə hazırlaşır. Əkbər "Məni səhv salmısan!” deyir, Vahid də qəti əmin deyil. Keçmiş siyasi məhbus Vahid ona işgəncələr vermiş, sağlamlığını əlindən almış cəlladını ayaq protezinin cırıltısından tanıyıb, çünki işgəncələr zamanı gözləri bağlı olub. Odur ki, tam əminliyə ehtiyac var.

Vahid səhvən günahsız adamı öldürməsin deyə digər siyasi məhbusları da çağırır. Kitab mağazasının sahibi, fotoqraf qadın və həkim - onların hamısı Əkbərin cəllad olduğunu, şəxsən işgəncə verdiyini təsdiqləyir. Ancaq onlar... cəlladı öldürmürlər.

Bu cəhətdən Pənahinin "Sadə təsadüf”ü Roman Polanskinin 1994-cü ildə çəkdiyi "Ölüm və qız” filminin süjetini xatırladır. Orada söhbət Argentinada diktatura illərində işgəncələr görmüş qadından və onun cəlladı olan həkimdən gedirdi. Orada da qurbanlıq cəlladının üzünü görməyib, ona klassik musiqisinin sədaları altında işgəncələr verən, dəfələrlə zorlayan şəxsi qoxusundan tanıyır. Və Polanskinin filmində də finalda cəllada münasibətdə qurbanlar humanist davranırlar. Bu nöqteyi-nəzərdən baxsaq, Polanskinin filminin süjeti heç də orijinal deyil.

Seyrçilərdən kimsə bu cür finala görə Pənahini qınayacaq, kimsə onun humanizmini alqışlayacaq. Ancaq fərqli mövqe də var - cəlladın öz qurbanlarının əhatəsində, olumla ölüm arasındakı keçirdiyi bircə gün bəlkə də onun həyatda qarşılaşa biləcəyi ən dəhşətli cəzadır...

Məmməd Süleymanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 May 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri