Icma.az
close
up
RU
Qazilər qayğı əhatəsində

Qazilər qayğı əhatəsində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Onların sağlamlığı və sosial ehtiyacları dövlətin nəzarətindədir

Ordunun gücü yalnız müasir silah və texnika ilə deyil, eyni zamanda, hərbi qulluqçuların xidmət və yaşayış şəraiti ilə də ölçülür. Hərbi qulluqçunun rahat və təhlükəsiz məişət şəraitində xidmət aparması onun mənəvi-psixoloji hazırlığına, döyüş qabiliyyətinə və ümumi xidmət keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Xüsusilə yeni hərbi şəhərciklərin yaradılması, mövcud hərbi hissələrin əsaslı təmiri, yaşayış və istirahət imkanlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir.

Hərbi qulluqçuların sosial müdafiəsinin vacib istiqamətlərindən biri də mənzil təminatıdır. Müvafiq proqramlar çərçivəsində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillə təmin olunurlar. Hərbi qulluqçuların məişət şəraitinə qoyulan sərmayə təkcə sosial layihə deyil, həm də milli təhlükəsizliyə, güclü və peşəkar ordunun formalaşmasına yönəlmiş strateji addımdır.

Ekspertlər qeyd edirlər ki, dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid ailələri və qazilərin sosial-psixoloji vəziyyəti önəmlidir. Müharibələr yalnız döyüş meydanında baş verən hadisələrlə məhdudlaşmır. Onların təsirləri illərlə davam edir və həm hərbi əməliyyatlarda iştirak edən şəxslərin, həm də onların ailələrinin sosial, iqtisadi və psixoloji həyatına ciddi təsir göstərir.

Bu baxımdan şəhid ailələrinin və qazilərin müharibədən sonrakı dövrdə vəziyyəti dövlətin sosial siyasətinin, cəmiyyətin humanist dəyərlərinin və sosial həmrəyliyinin mühüm göstəricilərindəndir. Bu sahədə effektiv sosial siyasət kompleks yanaşmanı tələb edir. Bura mənzil təminatı, məşğulluq imkanlarının yaradılması, reabilitasiya xidmətləri, tibbi yardım, təhsil və peşə hazırlığı imkanları daxildir.

Sosial ödənişlər, mənzil və avtomobillə təminat, reabilitasiya vasitələrinin təqdim edilməsi, məşğulluq proqramları və digər dəstək mexanizmləri bu kateqoriyadan olan insanların sosial həyata inteqrasiyasına xidmət edir. Həyatını Vətənə xidmətə həsr edən, çətin və məsuliyyətli vəzifələri yerinə yetirən hərbçilərin sosial rifahının gücləndirilməsi istiqamətində atılan addımlar daha geniş, əhatəli və ardıcıl xarakter daşıyır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkə başçısının qeyd etdiyi kimi, bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın, ilk növbədə, yaralı hərbçilərimizlə görüşməsi yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra həm hərbi sahədə quruculuq işləri aparılır, həm sosial müdafiə tədbirləri genişləndirilir.

Qalib Sərkərdə İlham Əliyev və dövlət başçısının ən yaxın, sadiq silahdaşı, birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərə, şəhid ailələrinə, qazilərə diqqət, qayğı, ehtiram, həssas münasibət göstərir. Onların müavinətlər, güzəştlər, imtiyazlarla təmin olunması, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər deyilənlərin əyani təsdiqi və sübutudur.

Sosial dəstək paketi üzrə postmüharibə dövründə 132 min şəhid ailəsi və müharibə iştirakçısına 430 min xidmət göstərilib, o cümlədən 7200 mənzil və 567 avtomobil verilib. 106 min nəfərə 120 min aylıq sosial ödəniş təyin edilib, 30,2 min şəxsin məşğulluğu təmin olunub, 25,7 min nəfərə birdəfəlik ödəniş verilib. Həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 106 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2487 şəxs 99 min reabilitasiya vasitəsi, o cümlədən 498 nəfər 623 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

2025-ci ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılaraq I dərəcə üzrə 500 manatdan 600 manata, II dərəcə üzrə 400 manatdan 500 manata, III dərəcə üzrə 330 manatdan 400 manata, əlilliyə görə müavinətlər müvafiq olaraq 270 manatdan 300 manata, 220 manatdan 250 manata, 150 manatdan 180 manata çatdırılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsini əsas prioritet istiqamət kimi müəyyənləşdirib. Agentliyin bütün reabilitasiya mərkəzlərində bu kateqoriyadan olan vətəndaşların effektiv və davamlı reabilitasiya xidmətlərindən yararlanmaları üçün kompleks tədbirlər həyata keçirilir.

Vətən müharibəsi və I Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş 500-dək hərbçi 623 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Qeyd edək ki, yüksək texnologiyalı protezlər Almaniyanın “Ottobock”, İslandiyanın “ÖSSÜR” şirkətlərinin məhsullarıdır. Bu protezlər funksional üstünlükləri ilə dəyişən məkanlarda və məqamlarda belə hərəkəti sərbəst, tam və daha dəqiq tənzimləməyə, tez və rahat inteqrasiyaya, hətta idmanla məşğul olaraq yarışlarda iştirak etməyə imkanı verir.

Danimarkanın “Levitate” şirkəti müharibə ilə əlaqədar əlilliyi olan 14 nəfəri qaçış üçün yüksək texnologiyalı 15 protezlə, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi isə, təxminən, 2500 nəfəri 99 min reabilitasiya vasitəsi ilə təmin edib. Agentliyin tabeliyində fəaliyyət göstərən reabilitasiya müəssisələrində 3800-dən çox müharibə ilə əlaqədar əlilliyi olan şəxsə tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Postmüharibə dövründə həyata keçirilən ardıcıl reabilitasiya tədbirləri, peşəkar həkim komandasının səyləri, müasir və effektiv üsulların tətbiqi sayəsində 301 qazi reabilitasiya olunaraq sağlamlığına qovuşub.

Dövlət başçısının 2020-ci il 8 dekabr tarixli fərmanı ilə yaradılmış “YAŞAT” Fondu respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşları və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə əlavə dəstək verir.

Müharibədən sonrakı dövrdə şəhid ailələri və qazilərlə bağlı siyasət sosial yardım proqramı, uzunmüddətli milli strategiyanın tərkib hissəsidir. Güclü dövlət modeli o zaman tam formalaşır ki, ölkənin müdafiəsi naminə fədakarlıq göstərən insanların və onların ailələrinin rifahı daim diqqət mərkəzində saxlanılır. Bu yanaşma həm sosial ədalətin, həm də cəmiyyətin mənəvi dəyərlərinin əsas göstəricisidir.

Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2026 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri