“Sadəcə möhtəşəm” Qonaqlar festivala heyran oldular
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Bakıda “Classics & Supercars” festivalı start götürüb. Dənizkənarı Milli Parkın ərazisində keçirilən festivalda klassik avtomobillər, superkarlar və müxtəlif idman avtomobilləri nümayiş olunur.
“Qafqazinfo”nun məlumatına görə, paytaxt sakinləri ilə yanaşı, xarici turistlər də sərgiyə böyük maraq göstərirlər. Bakı bulvarında düzülən klassik avtomobillər, dəniz mənzərəsi və şəhərin müasir memarlığı qonaqlarda xüsusi təəssürat yaradıb.
Gördükləri mənzərəni telefonları ilə lentə alan turistlər Bakı barədə xoş təəssüratlarını da bölüşüblər:
“Bakının gözəl şəhər olduğunu eşitmişdik. Amma gördüklərimiz gözləntilərimizi də üstələdi. Dəniz, Alov Qüllələri, şəhərin memarlığı və bu festival möhtəşəmdir. Fərqli-fərqli avtomobillər var, çox yaxşıdır”, - turistlər deyiblər.
Türkiyə, İtaliya, Almaniya , Rusiya və başqa ölkələrdən gələn qonaqlar xüsusilə klassik avtomobillərin sərgiləndiyi zonaya böyük maraq göstəriblər.
“Sadəcə möhtəşəm! Həm avtomobil tarixini görürük, həm də Bakının gözəlliyini kəşf edirik. Ölkəmizə qayıdanda dostlarımıza və yaxınlarımıza bu şəhərdən mütləq danışacağıq. Düşünürük ki, hər kəs ən azı bir dəfə Bakını görməlidir”.
Qeyd edək ki, minlərlə insanın ziyarət etdiyi “Classics & Supercars” festivalı sabah axşama kimi davam edəcək.
Vaxtilə yalnız jurnallarda, filmlərdə gördüyümüz avtomobillər bu gün Bakı bulvarında, hər kəsin gözünün qarşısındadır.




Baxış sayı:108
Bu xəbər 06 İyun 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















