Icma.az
close
up
RU
SADIKOVUN DAHA BİR KORRUPSİYA ƏMƏLİ İFŞA OLDU Generaldan yeni etiraflar

SADIKOVUN DAHA BİR KORRUPSİYA ƏMƏLİ İFŞA OLDU Generaldan yeni etiraflar

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"AzPolitika" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüsal Əlizadənin vəkili vəsatətlə çıxış edib.

Vəkil müvəkkilinin dəymiş ziyanın 50 faizini ödədiyi halda ona 62-ci maddədə nəzərdə tutulan həddən aşağı cəza verilməsi üçün vəsatət təqdim edib.

Məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə apellyasiya şikayətini müdafiə edib.

O, çıxışında bildirib ki, mediada dərc olunan məlumatlara görə, cəmiyyətdə elə təəssürat yaranıb ki, bütün məbləği 4 nəfər mənimsəyib: “Mediada ümumi məbləğ 143 milyon göstərilir. Hamı da elə bilir ki, bütün məbləğ bu 4 şəxsə aiddir. Lakin bu, belə deyil. Bununla yanaşı, istintaq dövründə satınalma epizodu üzrə Nizami Məmmədov ifadə verib. Bu epizod üzrə təqsirli bilindiyimizi sonda bildik. Həmçinin istintaq zamanı ifadə verən şəxslər məhkəmədə ifadələrini təkzib etdi. Halbuki onlar ifadələrində pulları Nizami Məmmədova verdiklərini demişdilər.

Məlikməmməd Qurbanov müqavilələr əsasında “Azərsun”dan 20 milyon aldığını və həmin puldan 400.000 manat götürdüyünü, qalan pulu da Nəcməddin Sadıkova verdiyini bildirib. Həmçinin Nəcməddin Sadıkovun göstərişi əsasında həmin puldan 800.000 manatı Nizami Məmmədova hissə-hissə verdiyini bildirib. Ümumiyyətlə, nə satınalmanın, nə də maliyyə xidmətinin Baş Qərargah rəisinə aidiyyəti var".

Daha sonra təqsirləndirilən Nizami Məmmədov məhkəməyə müraciət edib.

O, bildirib ki, Fikrət Mirzəyevlə bağlı epizodların ona aidiyyəti yoxdur: “Mənim Fikrət Mirzəyevlə əlaqəm olmayıb. Onun bölməsinin daxilində ayrı-ayrı komissiyalar da var. Onlar layihələr, müqavilələr hazırlayır və Müdafiə Nazirliyinə təqdim edir. ”.

Nizami Məmmədov bildirib: “İstintaq zamanı da səmimi etiraf etmişəm. İndi də deyirəm. Mən 12.200.000 manat götürmüşəm və bunu da ödəmişəm. Qalan epizodların mənə aidiyyəti yoxdur. Hərbi hissədə çalışan maliyyə xidmət rəisləri inspeksiyaya pul verib. Həmin pullar da mənə yazılıb. O pulları birtəhər tapıb ödəmişəm.

Məhkəmənin növbəti iclası mayın 26-da keçiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyun 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri