DTX nin ifşa etdiyi korrupsiya Daha bir məhkəmə
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış daha bir epizod üzrə məhkəmə araşdırmasına start verilir.
“Qafqazinfo”nun məlumata görə bu dəfə N saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu mühakimə ediləcək. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs-qətimkan tədbiri seçilib.
İşə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.
İlk iclas fevralın 28-i keçiriləcək.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:DTX nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə DAHA BİR MƏHKƏMƏ QƏRARI
19 Mart 2026 16:29
Məhkəmə DTX nin ifşa etdiyi şəxs barədə qərar verdi
15 İyul 2026 14:06
DTX nin ifşa etdiyi casusa hökm oxundu
23 Aprel 2025 18:02
Məhkəmə DTX nin həbs etdiyi hakerə bu cəzanı verdi
03 İyun 2025 15:39
DTX nin saxladığı şəxslərlə bağlı MƏHKƏMƏ
25 Sentyabr 2026 16:58
Baxış sayı:176
Bu xəbər 17 Fevral 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















