Icma.az
close
up
RU
Sadiq İsabəyli: “Vaşinqton maksimum təzyiq siyasətindən geri çəkilmir”

Sadiq İsabəyli: “Vaşinqton maksimum təzyiq siyasətindən geri çəkilmir”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Donald Trampın İranla bağlı açıqlamaları Yaxın Şərqdə hərbi gərginliyin hələlik diplomatik kanallar vasitəsilə nəzarətdə saxlanmağa çalışıldığını göstərir. Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin mümkün ABŞ zərbələrinin təxirə salınmasını istəməsi region ölkələrinin genişmiqyaslı münaqişənin ağır nəticələrindən narahat olduğunu ortaya qoyur. Trampın Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmadan danışması isə Vaşinqton–Tehran münasibətlərində yeni danışıqlar mərhələsinin başlanacağı ehtimalını gücləndirir.ABŞ və İran arasında gözlənilən danışıqlar Yaxın Şərqdə uzunmüddətli sabitliyə yol aça bilərmi, yoxsa bu, yalnız müvəqqəti gərginliyin azaldılmasıdır?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ–İran danışıqları məsələsində pərdəarxası müəyyən təmasların getməsi ehtimalı istisna edilmir.

Təbii ki, İran tərəfi bunu rəsmi şəkildə təkzib edir və bildirir ki, hər hansı danışıqlar aparılmır. Lakin Donald Trampın açıqlamaları fərqli mənzərə ortaya qoyur.

O bildirir ki, əgər ABŞ hərbi əməliyyatları dayandırıbsa, bu, birbaşa İranın xahişi ilə baş verib. Trampın sözlərinə görə, Körfəz ölkələri də Vaşinqtondan müəyyən əməliyyatların təxirə salınmasını istəyiblər.

Siyasi şərhçinin fikrincə, burada bir neçə mühüm məqam var. Əsas məsələ ondan ibarətdir ki, Körfəz ölkələri İranın təhdidkar siyasəti səbəbindən daha qəti tədbirlərin görülməsini istəyirlər.

“Onlar hesab edirlər ki, İran rejimi öz mövcudluğunu qoruyub saxlayarsa və ona qarşı həyata keçirilən hərbi əməliyyatlar yalnız Tehranın danışıqlara cəlb edilməsinə xidmət edərsə, bu, bölgə dövlətləri üçün yeni fiaskodan başqa nəticə vəd etməyəcək.

İran müəyyən mənada Hörmüz boğazı və nüvə fəaliyyəti ilə bağlı ABŞ-la bəzi razılaşmalara gələ bilər. Ancaq İsrail və Körfəz ölkələrini narahat edən daha ciddi məsələlər var. Əgər həmin məsələlər nəzərə alınmazsa, ABŞ və İran arasında əldə olunacaq istənilən razılaşma faktiki olaraq mənasını itirmiş olacaq.

Məsələ ondadır ki, İranın regional təsir mexanizmləri uzun illərdir Körfəz ölkələrinin təhlükəsizliyi üçün əsas təhdidlərdən biri hesab olunur. Səudiyyə Ərəbistanına qarşı həm Yəməndəki husilər, həm də İraqdakı İranla əlaqəli silahlı qruplar vasitəsilə ciddi basqılar həyata keçirilib. Səudiyyə Ərəbistanının bəzi neft emalı obyektlərinə hücumlar məhz bu qüvvələrlə əlaqələndirilir. Bundan əlavə, İraqdakı İran yönümlü silahlı strukturların fəaliyyəti regionda əlavə gərginlik yaradır”, – deyə o bildirib.

Sadiq İsabəylinin fikrincə, başqa mühüm məsələ İranın uzunmənzilli raket proqramıdır. Bu proqram təkcə İsraili deyil, Körfəz ölkələrini də ciddi şəkildə narahat edir. Son illərdə İranın və ona bağlı qüvvələrin region ölkələrinə qarşı həyata keçirdiyi hücumlar göstərir ki, həmin dövlətlər problemin yalnız müvəqqəti deyil, köklü həllini istəyirlər.

“Bu baxımdan Körfəz ölkələrinin əsas mövqeyi belədir: əgər İranla bağlı qərar veriləcəksə, o, bütün təhlükəsizlik problemlərini əhatə etməlidir. Diplomatik həll yolu seçiləcəksə, nüvə proqramı ilə yanaşı raket proqramı, regional silahlı qruplar və təhlükəsizlik məsələləri də həmin paketə daxil edilməlidir. Əgər hərbi variant seçiləcəksə, bununla bağlı konkret və ardıcıl qərar verilməlidir.

Donald Trampın özünəməxsus narahatlıqları da mövcuddur. Hörmüz boğazının bağlanması ehtimalı, enerji ixracının məhdudlaşması, neft və neft məhsullarının bahalaşması ABŞ daxilində də iqtisadi və siyasi narahatlıq yarada bilər. Buna görə Tramp prosesi minimum risklə və daxili gərginliyi artırmadan idarə etməyə çalışır. Məhz bu səbəbdən o, bir neçə dəfə hərbi əməliyyatlara yaxınlaşsa da, son anda qərarı dayandırıb.

Lakin bu, ABŞ siyasətinin yalnız diplomatik həllə yönəldiyi anlamına gəlmir. Əksinə, Vaşinqtonun çoxşaxəli təzyiq strategiyası davam edir. Bu strategiyanın əsas elementləri hərbi çəkindirmə, yeni genişmiqyaslı zərbələrin mümkünlüyü ilə diplomatik təzyiq göstərilməsi, iqtisadi sanksiyaların saxlanılması və İranın beynəlxalq təcridinin davam etdirilməsidir”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, ABŞ artıq informasiya müstəvisində, kiber məkanda, maliyyə sistemində və digər asimmetrik sahələrdə yeni təzyiq üsullarını araşdırır. Pentaqon və CENTCOM-un bu istiqamətdə ciddi fəaliyyət göstərdiyi bildirilir. Bu da göstərir ki, ABŞ-ın məqsədi təkcə hərbi əməliyyat keçirmək və ya sadəcə danışıqlar aparmaq deyil. Məqsəd bütün vasitələri paralel şəkildə tətbiq etməklə İranın strateji qərarvermə imkanlarını müxtəlif istiqamətlərdən məhdudlaşdırmaqdır.

Donald Trampın açıqlamalarında tez-tez vurğulanan başqa bir məqam da budur ki, İran danışıqlarda müəyyən razılıqlara yaxınlaşır, lakin qısa müddət sonra həmin razılaşmalar sanki mövcud olmamış kimi təqdim olunur. Vaşinqton bunu qəbuledilməz hesab edir və düşünür ki, Tehran daxili siyasi çəkişmələri qərarvermə prosesinə təsir edən amil kimi göstərməyə çalışır.

İranın əvvəlki davranış modeli də buna uyğun qiymətləndirilir. Bir tərəfdən danışıqlara hazır olduqları mesajı verilir, digər tərəfdən isə daxildəki radikal qrupların anti-Amerika ritorikası və təhdidləri davam edir. ABŞ hesab edir ki, bu cür ikili yanaşma danışıqlar prosesinin etibarlılığını zəiflədir.

Sadiq İsabəyli hesab edir ki, bu səbəbdən ABŞ–İran danışıqları başlasa belə, bunu tam normallaşma və ya münasibətlərin tam diplomatik müstəviyə keçməsi kimi qiymətləndirmək hələlik real görünmür. Daha real ehtimal ondan ibarətdir ki, Vaşinqton maksimum təzyiq siyasətini danışıqlarla paralel şəkildə davam etdirəcək.

“ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, təzyiqlər yalnız İran konkret öhdəliklər götürüb onları praktik şəkildə yerinə yetirdiyi halda azaldıla bilər. Memorandumun imzalanması ərəfəsində Vaşinqton müəyyən güzəştlər göstərsə də, İranla əlaqəli radikal qüvvələrin Körfəzdə ticarət gəmilərinə hücumları prosesi yenidən gərginləşdirib.

Proses yaxın perspektivdə məhz bu şəkildə davam edəcək: hərbi çəkindirmə, iqtisadi və siyasi təzyiq, kiber və informasiya vasitələri, eyni zamanda məhdud diplomatik təmaslar paralel şəkildə aparılacaq.

İranın nüvəsizləşdirilməsi müqabilində yeni hərbi zərbələrin dayandırılması ideyası nəzəri baxımdan müzakirə oluna bilər. Lakin İranın bu şərtləri tam şəkildə qəbul etməsi hazırkı şəraitdə çox real görünmür. Buna görə də ABŞ–İran münasibətlərində yaxın dövrdə tam razılaşma və ya tam normallaşma deyil, idarə olunan gərginlik və paralel təzyiq–danışıqlar modeli daha mümkün ssenari kimi görünür”, – deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Avqust 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri