Icma.az
close
up
RU
Sadiq İsabəyli: “Yeni dünya nizamı hüquqla deyil, güclə formalaşır”

Sadiq İsabəyli: “Yeni dünya nizamı hüquqla deyil, güclə formalaşır”

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Təhlükəsizlik məsələləri hüquq və bərabər dialoq prinsipləri əsasında deyil, gücün diktə etdiyi imkanlar əsasında formalaşır. Bu isə əslində yeni dünya nizamında yeni bir prosesin getdiyini göstərən mühüm amillərdən biri kimi dəyərləndirilə bilər.Bununla yanaşı, burada diqqət çəkən başqa mühüm məqamlar da var. Beynəlxalq münasibətlər nəzəriyyələrində bu məsələ uzun illərdir geniş şəkildə müzakirə olunur. Böyük dövlətlər təhlükəsizlik məsələlərini əsasən öz güc imkanları ilə həll edirlər, hüquq və beynəlxalq institutlar isə çox vaxt ikinci planda qalır. Bu reallıq onu göstərir ki, hazırda yeni dünya nizamının sistemləşdirilməsi prosesi gedir. Çünki mövcud beynəlxalq münasibətlər sistemi artıq çağırışlara cavab vermir”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xüsusilə beynəlxalq hüququn ədalətli şəkildə işləməsi məsələsində ciddi şübhələr mövcuddur. Artıq demək olar ki, hər kəs qəbul edir ki, mövcud beynəlxalq hüquq sistemi lazımi səviyyədə işləmir. Bu səbəbdən dövlətlərin həmin hüquq sisteminə inamı da əhəmiyyətli dərəcədə azalıb. Belə bir vəziyyət isə yeni sistemin formalaşdırılmasını qaçılmaz edir. Əsas sual isə onun hansı formada yaranacağıdır.

Sadiq İsabəylinin fikrincə, hazırkı proseslər göstərir ki, hərbi güc və diplomatiya paralel şəkildə istifadə olunur. Donald Trampın tətbiq etdiyi yanaşmanın nə qədər effektiv nəticə verəcəyi isə ayrıca müzakirə mövzusudur. Burada əsas məsələ beynəlxalq siyasətdə məcburetmə diplomatiyasının hansı həddə qədər işlək ola bilməsidir. Təzyiq, basqı və müxtəlif təsir mexanizmləri vasitəsilə dövlətlərin diplomatik razılaşmalara məcbur edilməsi cəhdi müşahidə olunur.

“Yaxın Şərqdə gedən proseslər göstərir ki, bölgədə müəyyən dövlətlərin rolunu artırmaq üçün ciddi səylər göstərilsə də, bu cəhdlər istənilən nəticəni vermir. Pakistan bu prosesdə vasitəçilik etməyə çalışdı, Türkiyə isə fəal rol almağa cəhd göstərdi. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçlüyü bir sıra məsələlərin diplomatik yollarla həllinə töhfə vermək istədi. Lakin buna lazımi imkan yaradılmadı və proseslər həmin istiqamətdə inkişaf etdirilmədi.

Pakistanın təşəbbüsü ilə müəyyən memorandum imzalansa da, onun real və işlək mexanizmə çevrilməsi prosesi ilk günlərdən yarımçıq qaldı. Daha sonra Donald Tramp həmin sənədin artıq əhəmiyyət daşımadığını bəyan etdi.

Bu baxımdan hesab edirəm ki, ABŞ-İran münasibətlərində, xüsusilə nüvəsizləşdirmə prosesində yalnız diplomatik vasitələr deyil, çoxşaxəli güc tətbiqi mexanizmləri – siyasi, iqtisadi, hərbi və diplomatik təzyiqlər paralel şəkildə istifadə olunacaq”, – deyə o bildirib.

Sadiq İsabəyli təəssüflə bildirir ki, İran normal dövlət davranışı nümayiş etdirmir. İran rejimi uzun illərdir bölgədə terror və təxribat fəaliyyətlərini dəstəkləyir. Hazırkı şəraitdə də onun əsas təzyiq vasitələrindən biri region dövlətlərini hədələməkdir.

İran mediasında yayılan bəzi çıxışlarda və yazılarda qeyd olunur ki, mümkün yeni İran savaşı yalnız Körfəz ölkələri ilə məhdudlaşmamalı, daha geniş coğrafiyanı əhatə etməlidir. Burada Xəzər hövzəsi və Azərbaycan istiqaməti ilə bağlı müxtəlif bəhanələrin irəli sürüldüyü də müşahidə olunur.

O hesab edir ki, məsələ yalnız hərbi zərbələrlə məhdudlaşmır. İran rejiminin terror və təxribat xarakterli fəaliyyətləri regionun müxtəlif nöqtələrində görünür. İraqda fəaliyyət göstərən silahlı qruplar, husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları, Hizbullahın İsrailə qarşı fəaliyyəti bu siyasətin elementləri kimi qiymətləndirilir.

Hətta müəyyən hallarda İordaniya və Misirə qarşı da təzyiq xarakterli addımlar müşahidə olunub. Məqsəd həmin dövlətlərin ABŞ-la əməkdaşlıq siyasətinə təsir göstərməkdir. Eyni zamanda İran tərəfi İsraillə normal münasibətləri olan qonşu dövlətlərə qarşı da hərbi təhdid ritorikasından istifadə edir və bununla çəkindirmə siyasəti həyata keçirməyə çalışır.

“Beləliklə, İran rejimi yenə də güc amilindən region dövlətlərinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Dövlət səviyyəsində terror fəaliyyətlərini dəstəkləyən və normal beynəlxalq davranış nümayiş etdirməyən bir rejimlə yalnız diplomatiya və müzakirələr yolu ilə bütün problemlərin həll olunması son dərəcə çətin görünür”, – deyə o bildirir.

Sadiq İsabəyli hesab edir ki, İran rejimi faktiki olaraq ABŞ-a və Donald Trampa alternativ seçim imkanını məhdudlaşdırır. Hazırda onların əsas məqsədlərindən biri ABŞ-ı geri çəkilməyə məcbur etməkdir. Bunun üçün müxtəlif istiqamətlərdən təsir göstərməyə çalışırlar: ABŞ daxilində Demokrat Partiyasının bəzi üzvləri, İranla əlaqəli lobbiçilik fəaliyyətləri və Trampa qarşı olan media platformaları üzərindən təzyiq mexanizmləri işə salınır.

Onlar enerji qiymətlərinin artırılması, Hörmüz boğazının bağlanması kimi vasitələrlə də təzyiq göstərməyə çalışdılar. Lakin bu cəhdlərin ciddi nəticə vermədiyi görünür. İndi isə Körfəz ölkələrini hədəfə almaqla münaqişənin miqyasını genişləndirib ABŞ-ı geri çəkilməyə məcbur etmək niyyəti müşahidə olunur.

Siyasi şərhçinin fikrincə, təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi region dövlətləri İran rejiminin bu siyasətinə baxmayaraq, onun əsassız və haqsız tələblərini müəyyən dərəcədə normallaşdırmağa çalışırlar. Bu isə regionun təhlükəsizlik mühitinə mənfi təsir göstərir.

Sadiq İsabəyli hesab edir ki, İran rejimi müəyyən güzəştlər hesabına öz siyasi hakimiyyətini qoruyub saxlasa belə, bölgə dövlətlərinə qarşı təhdid siyasətindən imtina edəcəyi inandırıcı görünmür. Əksinə, bu siyasət fərqli və daha mürəkkəb formalarda davam etdirilə bilər:

“Dünya nizamının reallıqları artıq dəyişir. Beynəlxalq hüquq sisteminin effektiv işləmədiyi bir dövrdə yeni beynəlxalq nizamın formalaşdırılması prosesi qaçılmaz xarakter alır.

Bu prosesdə İran rejimi ilə bağlı qəbul ediləcək qərarlar və həmin məsələlərin necə həll olunacağı yeni dünya nizamının hansı istiqamətdə formalaşacağını müəyyən edən əsas göstəricilərdən biri olacaq. Əgər bu proses uğurlu nəticə verərsə, beynəlxalq sistemin yeni formada qurulması sürətlənə bilər. Bu yeni reallıqlara qarşı çıxmağa çalışan dövlətlər də zamanla mövcud vəziyyəti qəbul edib öz siyasətlərini həmin sistemə uyğunlaşdırmağa məcbur ola bilərlər.

Lakin bütün hallarda bu, qısamüddətli hadisə deyil, uzunmüddətli və mürəkkəb bir prosesdir. Onun nə qədər davam edəcəyi və hansı nəticələrlə yekunlaşacağı isə yalnız zaman keçdikcə daha aydın görünəcək”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see224

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see223

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see222

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see218

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see217

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see216

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see191

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see191

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see190

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see190

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see188

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see185

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see184

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see182

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see179

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see175

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see173

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see171

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see167

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri