Icma.az
close
up
RU
“Sadıqovun məlumatı olub, lakin…” Polkovnik Murovdağ əməliyyatından danışdı

“Sadıqovun məlumatı olub, lakin…” Polkovnik Murovdağ əməliyyatından danışdı

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

(Erməni hərbçiləri Ömər aşırımında. İşğaldan sonra.)

1994-cü ildə həyata keçirilmiş Murovdağ əməliyyatı ətrafında polemika davam edir. Döyüşlər zamanı 1600-1700 əsgərin donaraq şəhid olması ilə bağlı səsləndirilən iddialarla yanaşı, bu sayın daha az, təxminən, 200-400 arası olduğunu deyənlər də var. Diqqətçəkən məqam isə əməliyyata Azərbaycan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun rəhbərlik etməsidir. Bildirilir ki, məhz onun hazırladığı uğursuz əməliyyat planına görə döyüşlər faciə ilə nəticələnib.

Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov həmin tarixdə başqa istiqamətdə döyüşlərdə iştirak etdiyini bildirib:

“1994-cü ildə Füzuli döyüş briqadasının komandir müavini idim. Amma o istiqamətlə bağlı da məlumatım olub. Bu gün də sağ olan, əməliyyatlarda iştirak edən komandirlər var. Onlar reallığı gözəl bilirlər. Deyirlər ki, əməliyyatlar Nəcməddin Sadıqov tərəfindən hazırlanıb. Bu barədə dəqiq nəsə demək mümkün deyil. Lakin Sadıqov o vaxt baş qərargah rəisi idi. Aydın məsələdir ki, planlardan da məlumatı olub”.

Üzeyir Cəfərov

Ekspert qeyd edib ki, qaranlıq qalan məqamlar mütləq aydınlaşdırılmalıdır:

“Əlbəttə, böyük faciə idi, əsgərlərimiz donaraq şəhid oldular. Amma suallara Hərbi Prokurorluq, hüquq mühafizə orqanları cavab verməlidir. Üstündən illər keçsə də, müvafiq qurumlar sosial mediada yayılan müzakirələrə reaksiya verməli idilər. Təəssüf ki, bunu görmədik. Bu cür faciələrin tarixi olmur. Yəqin, müəyyən müddətdən sonra bu işlərə yenidən baxılacaq. Nə qədər ki döyüş komandirləri sağdır, bu barədə danışdırmaq lazımdır”.

Qeyd edək ki, Murovdağ əməliyyatı 9 dekabr 1993-cü ildə başlayıb, 1994-cü ilin 13 fevral tarixinə qədər davam edib. Əməliyyatlar dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə qeydə alınıb. Sərt iqlim, qalın qar örtüyü, güclü külək və uçqun təhlükəsi səbəbindən bir çox komandirlər bu əməliyyatı dəstəkləməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1219

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see144

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri