Moskva Zelenskini tənqid etdi: “Səhvlərindən nəticə çıxarmır”
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampa müraciəti onun əvvəlki səhvlərindən nəticə çıxarmadığını göstərir. Bu addım ABŞ-da respublikaçıların mövqelərinə zərbə vurur.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev “X” sosial şəbəkəsində yazıb.
“Zelenski Trampa dərs verməyə davam edir. Görünür, o, əvvəlki səhvlərindən nəticə çıxarmır”, - deyə Dmitriyev qeyd edib.
Onun sözlərinə görə, Ukrayna liderinin aralıq seçkilər ərəfəsində ABŞ-da respublikaçıların mövqelərini zəiflətməyə çalışması da bunu göstərir.
Dmitriyev bu fikirləri Zelenskinin Trampın yanacaq qiymətlərindən narahat olduğu təqdirdə Rusiyadan enerji atəşkəsi istəməli olduğunu bildirməsinə münasibət bildirərkən səsləndirib.
Xatırladaq ki, daha əvvəl Tramp Vaşinqtonun müraciətlərinə baxmayaraq, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarını “biabırçılıq” adlandırmış və Zelenskini əməkdaşlıq üçün uyğun tərəfdaş hesab etmədiyini bildirmişdi.
Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı neft emalı zavodlarına, eləcə də logistika və enerji obyektlərinə hücumlarına cavab veriləcəyini vəd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 02 Noyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















