Safi Arpaquş: Bəşəriyyət haqq ədalət anlayışında toplaşmalıdır
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin Dəyanət işləri üzrə rəhbəri Safi Arpaquş Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda dilə gətirib. O vurğulayıb ki, belə bir tarixi multikultural dəyərlər anlayışı məhz dövlətin bu sahədə siyasəti əsasında formalaşıb:
"Çünki hər bir ölkədə əsas hüquq və azadlıqlar, din və vicdan azadlığı bütövlükdə tanındığı təqdirdə təhlükəsiz və dinc mühit ərsəyə gəlir. Milli birlik və bərabərlik ruhu, ictimai həmrəylik mədəniyyəti yalnız belə bir şəraitdə üzə çıxır".
Safi Arpaquşun sözlərinə görə, son əsrlərdə islam dünyası ciddi imtahanlarla qarşı-qarşıya qalıb:
"Bu gün başda Fələstin olmaqla dünyanın bir çox yerində müharibə hökm sürür, milyonlarla insanın hüquq və azadlıqları tapdalanır, onlar aclıq və səfalət içində yaşamaq uğrunda müharizə aparırlar. Belə bir vəziyyətdə bəşəriyyətin təhlükəsiz və dinc mühit axtarışı ən yüksək səviyyətə çatıb. Bu baxımdan islam dininin irəli sürdüyü haqq və ədalət anlayışı, fərqli dünyagörüşlərinə tolerant münasibəti böyuk əhəmiyyət qazanıb. Bütün bəşəriyyət belə bir amalda toplaşmalıdır. Türkiyə Dəyanət İşləri Rəhbərliyi bu çərçivədə hər cür əməkdaşlığa hazırdır".
O öz çıxışında həmçinin Qarabağ müharibələrinin şəhidlərini ehtiramla andığını, qazilərə şəfa dilədiyini vurğulayıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İslam bütün insanların hüquq və azadlıqlarını toxunulmaz elan edir Safi Arpaquş
24 Dekabr 2025 10:58
“Əsas hüquq və azadlıqların tapdalandığı mühitlər bəşəriyyətin gələcəyini təhdid edir” Safi Arpaquş
24 Dekabr 2025 10:56
Prezident İlham Əliyevin BMT dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur ŞƏRH
26 Sentyabr 2025 18:39
Bəşəriyyət fəlakətin astanasındadır
29 Noyabr 2024 09:52
Bəşəriyyət üçün sülh!
28 Noyabr 2025 11:27
Baxış sayı:26
Bu xəbər 24 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları