İslam bütün insanların hüquq və azadlıqlarını toxunulmaz elan edir Safi Arpaquş
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“İslam dini insanların din, dil, irq və cinsiyyətindən asılı olmayaraq əsas hüquq və azadlıqlarını toxunulmaz elan edir və bu dəyərlərin qorunmasını ədalət üzərində qurur”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan Din Xadimlərinin İkinci Forumunda çıxışı zamanı səsləndirib.
O bildirib ki, insanlıq tarix boyu daim sülh, təhlükəsizlik və huzur axtarışında olub və bu səbəbdən ilahi vəhy insanın özü, cəmiyyəti və bütün varlıq aləmi ilə münasibətlərini tənzimləyən ölçülər təqdim edib. Onun sözlərinə görə, yer üzündə sabitliyin və təhlükəsizliyin təmin olunması yalnız əsas hüquq və azadlıqların qorunması ilə mümkündür.
Safi Arpaquş qeyd edib ki, bütün peyğəmbərlər insan azadlıqlarını və hüquqlarını qorumağı əsas missiya kimi qəbul ediblər.
Diyanət İşləri İdarəsinin sədri əlavə edib ki, cəmiyyətin sülh və rifahının ən güclü təminatı ədalətdir və Qurani-Kərimdə insanlara hər şəraitdə ədalətli olmaq əmr olunur. Dediyinə görə, İslam zorakılıq, təhdid və haqsızlıqları rədd edir, bütün insanlığın ləyaqətli, təhlükəsiz və huzurlu həyat sürməsi üçün çalışmanı iman borcu hesab edir.
Safi Arpaquş onu da vurğulayıb ki, İslam sivilizasiyası tarix boyu din və vicdan azadlığının təmin olunması baxımından insanlığa nümunə olub.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 24 Dekabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















