Icma.az
close
up
RU
Şağanda drenaj xətti çəkilir Video

Şağanda drenaj xətti çəkilir Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm işlər icra edir. 

“Qafqazinfo” xəbər veir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. 

Bildirilib ki, paytaxtın bəzi ərazilərində Xidmətin tullantı su şəbəkəsi, yağış və qrunt sularını daşımaq üçün drenaj sistemi mövcud deyil. Belə ərazilərdə intensiv yağıntılar zamanı küçə və  həyətlərə suların yığılması halları qaçılmazdır. 

“Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək. 

Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə adlanan ərazidə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən layihə hazırlanıb. Layihə çərçivəsində drenaj sistemi qurulur. Xəzər rayon Sukanal İdarəsi tərəfindən layihə üzrə diametri 160 millimetrlik 700 paqonometr təzyiqli xəttin inşası tamamlanıb. Uzunluğu 785 paqonometr olan özüaxımlı kanalizsiya xətti çəkilib. Xəttin 400 paqonometri diametri 400 mm, 385 paqonometri isə diametri 300 mm-lik boru ilə inşa olunub. Bundan başqa 20 ədəd baxış quyusu quraşdırılıb. Hazırda ərazidə tikinti quraşdırıma işləri davam etdirilir.

Yağıntılardan sonra Binə qəsəbəsi, “Bakavtomat” zavodu ətrafında yerləşən yaşayış massivində də subasma halları müşahidə edilib. Ərazinin yaxınlığında yağış suyu və kanalizasiya şəbəkəsi olmadığından vətəndaşların həyətyanı sahələri və küçələri su altında qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Yaxınlıqda şəbəkə olmadığından toplanan yağış sularının kənarlaşdırılması üçün əraziyə 2 ədəd lilsovuran avtomaşın cəlb edilib. Suların maşınlar vasitəsilə yığılaraq ərazidən kənarlaşdırılması həyata keçirilir. 

Xəzər rayon Sukanal İdarəsinin baş mühəndisi Emil Abbasov bildirib ki, yağıntılardan sonra Xəzər rayon Sukanal İdarəsinin xidməti ərazilərində Şağan qəsəbəsi Yeni sahədə həyət evlərində subasma halları müşahidə edilirdi və bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həmin ərazi üzrə mühəndis axtarış işləri aparılıb, ərazilərə yığılan suyun kənarlaşdırılması üçün dalğıc tipli nasos quraşdırılıb və suyun kənarlaşdırılması təmin edilib. “Digər ərazi, Binə qəsəbəsi “Bakavtomat” yolunun kənarında yaşayış massivində suyun kənarlaşdırılması üçün isə lilsovuran maşınlar cəlb edilib. Hazırda da gündəlik olaraq maşınlar ayrılıb suyun kənarlaşdırılması işi aparılmaqdadır”.

Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri