Icma.az
close
up
RU
Şagird sayı az olan məktəblərin distant təhsilə keçidi: Ucqar kəndlərdə bu infrastruktur varmı?

Şagird sayı az olan məktəblərin distant təhsilə keçidi: Ucqar kəndlərdə bu infrastruktur varmı?

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gələn ildən ölkədə şagird sayı az olan məktəblər distant təhsilə keçəcək. Elm və təhsil nazirinin son çıxışlarında dilə gətirdiyi bu fikirlər cəmiyyətdə birmənalı qarşılanmır. Nazir bu yeniliyi həmin məktəblərdə bir şagird üçün ayrılan vəsaitin paytaxtın bəzi özəl məktəblərində bir şagirdə çəkilən xərcdən daha yüksək olması ilə əsaslandırıb. Naziri narahat edən ikinci məqam isə həmin məktəblərdə 2-3 sinif yoldaşı olan şagirdlərin yetəri qədər sosiallaşmamasıdır.

Şagird sayı az olan məktəblərlə bağlı məsələ nazirlik tərəfindən zaman-zaman gündəmə gətirilib. Hətta pilot layihələr də hazırlanıb. Şagird sayı az olan məktəblər birləşdirilməsi, şagirdlərin köçürülməsi  istiqamətində müzakirələr aparılsa da, infrastruktur olmadığından məsələ müzakirə mərhələsində qalıb. Son günlər təklif olunan yenilik isə şagirdlərin yaşadıqları ərazini tərk etmədən distant təhsilə cəlb edilməsidir. Bölgələrin məsafədən təhsilə keçmək üçün texniki infrastruktur baxımından hazırlıqlı olması sual altındadır. Çox da uzaq olmayan keçmiş-pandemiya dövrü bu prosesə hazır olmadığımızı göstərmiş oldu. Bu gün məsafədən təhsilə keçirilməsi proqnozlaşdırılan  məktəblərdə təhsil alan şagirdlərin neçəsinin evində kompüter və internetə çıxış imkanı var? Təbii ki, bu ailələr üçün əlavə xərc deməkdir. Dövlət büdcəsinin xərclərini azaldarkən vətəndaşın büdcəsinə nə üçün əlavə xərclər yükləyirik? Həmin şagirdlərə dərs deyəcək müəllimlər distant təhsilə nə qədər hazırdır? Məsələnin digər tərəfi məktəbləri bağlamaq, məsafədən təhsilə keçməklə hansı sosiallaşmadan danışmaq olar.

Nəzərə alsaq ki, kənd yerlərində uşaqların üz tutacaqları hər hansı mərkəz, klub və s kimi imkanlar yoxdur. Onların sosiallaşacağı yeganə məkan elə məktəbdir. Üstəlik, məsələyə sadəcə xərcləri azaltmaq düşüncəsi ilə yanaşmaq olmaz.  Məktəb həm də bir elm ocağı, düşüncələrin formalaşdığı məkandır

. Qeyd edək ki, ölkədə şagird sayı az olan məktəblərdən 94-də (2%) 10 nəfərdən az, 247-də (6%) 20 nəfərdən az, 401-də (10%) 30 nəfərdən az, 552-də (14%) 40 nəfərdən az, 684-də (17%) 50 nəfərdən az, 789-da (20%) 60 nəfərdən az, 918-də (23%) 70 nəfərdən az, 1038-də (26%) 80 nəfərdən az, 1136-da (28%) 90 nəfərdən az və 1241 məktəbdə (31%) 100 nəfərdən az şagird təhsil alır.

Rəqəmlər onu göstərir ki,məsələ “bir sinifdə 2-3 şagird təhsil alır” demək qədər bəsit deyil. Bu  yüzlərlə şagirdin təhsilə cəlb edilməsində əlavə problemlər yaratmaq, nəticəsi bəlli olmayan eksperimentlər aparmaqdır.Çünki qanunvericilikdə distant təhsil məsələsi qeyd edilsə də, illərdir bu sadəcə kağız üzərində qalır. Zəruri hallarda müvəqqəti tətbiq edilən distant təhsilin effektli olmadığı da reallıqdır.

STM sektor müdiri, təhsil eksperti  Elmin Nuri hesab edir ki, istər paytaxt, istərsə də ucqarlarda fəaliyyət göstərən məktəblərin bir çoxu distant təhsilə hazır deyil. Onun sözlərinə görə, bu məsələdə həm texniki, həm də distant təhsilin mahiyyətinin aydın olması baxımından çatışmazlıqlar var: “Pandemiya vaxtı məcburi surətdə məsafədən təhsilə keçərkən müəllim və şagirdlərin texniki baxımdan problem yaşadıqlarını müşahidə etdik.Hazırda bu problemi aradan qaldırmaq mümkündür. Lakin distant təhsilin düzgün təşkili üçün bu üçüncü dərəcəli problemdir.

Çünki birinci növbədə biz distant təhsilin mahiyyətini anlamalıyıq. Pandemiya vaxtı distant təhsilə keçidə sürətlə qərar verən 12-ci ölkə olduq. Lakin distant təhsilin metodologiyası, tələblərinin  yerinə yetirilməsi, məzmun standartlarının tətbiq edilməsi ilə bağlı qənaətim heç də müsbət deyil. Müəllimlərimizin 95 faizi distant təhsilə keçidə hazır deyil. Çünki məzmun standartlarını tam tətbiq edə bilmirik. Distant təhsil müəllim və şagirdin monitor arxasında oturub dərs keçməsi demək deyil. Prosesin nəzəri, metodoloji və psixoloji aspekt baxımdan mürəkkəb parametrləri var.  Skandinaviya, Avropa ölkələri, eləcə də Yaponiya, Sinqapur, Cənubi Koreya, Malaziya, Çin kimi ölkələrdə distant təhsilə pandemiyadan xeyli əvvəl və təbii ki, standartlara uyğun şəkildə keçiblər. Danimarkada distant təhsilin məzmunu və tətbiqi ilə bağlı 700 səhifəlik kitab çap edilib. Məsələn, kitabda göstərilir ki, distant təhsil zamanı 13-cü dəqiqədə müəllim fasilə verməlidir. Bu şagirdin psixologiyasına təsir baxımdan əsaslandırılır. Bizim üçün isə distant təhsil sadəcə dərsi monitor arxasında keçməkdən irəli getmir. Bu zaman internetin kəsilməsi, şagirdin kameranı bağlayıb başqa işlə məşğul olması kimi təəssüf doğuran məqamlarla qarşılaşırıq”.

Ekspert hesab edir ki, bütün bu çatışmazlıqlar fonunda distant təhsil zamanı şagird sosial mühitini itirir. “Üstəlik, biz şagirdi virtual sosial dünyaya necə qaytara biləcəyimizi, sinif otağındakı fokuslanma bacarığını kompüter arxasında necə təmin edəcəyimizi də bilmirik. Şagird sayı az olan məktəblərdə distant təhsilə keçmək üçün sadaladığımız məqamlara əməl etməliyik. Əks halda, bu təhsil mühiti və gələcəyin uğurlu şagirdlərini itirməklə nəticələnəcək”.

E.Nuri distant təhsilin tətbiqi üçün prosesin əsas iştirakçısı olacaq müəllimlərin bu istiqamətdə təlimlərə ehtiyacı olduğunu vurğulayıb: "Ölkədə şagird azlığı qədər, sıxlığı kimi bir problem də var. Amma nədənsə bu məsələ yeni məktəb tikməyə yer olmaması və ya valideynlərin seçimi ilə əsaslandırılaraq müzakirələrdən kənarda qalır. Bəs 3 şagirdin təhsil aldığı sinifdə təhsilin keyfiyyəti aşağıdırsa, 45 şagirdin oxuduğu sinifdə hansı keyfiyyətdən danışmaq  olar? Ölkəmizdə, təhsilin keyfyyətinin ali məktəbə qəbul və qəbulun da repititor hazırlığına əsaslandığı bir reallıqdır. O zaman sinifdə şagird sayının az və ya çox olmasının nə mənası? Bu müzakirələr fonunda bir neçə il əvvəl Yaponiyada Hokkaydo adasında yerləşən Kyu-Şirataki qatar stansiyasının yalnız bir şagirdin istifadəsi üçün açıq saxlanılması xəbərini xatırlamaq yerinə düşər. Qatarın iş saatı şagirdinin dərs saatlarına uyğunlaşdırılmışdı. Həmin şagird məktəbi bitirənə qədər stansiya fəaliyyət göstərdi.Yəqin ki, 1 şagird üçün stansiyanın fəaliyyətinə çəkilən xərclə başqa stansiyalarda neçə sərnişin daşına bilər deyə düşünmədilər".

Gülxar Şərif,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Dekabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri