Şagirdinin valideynindən 65 min alıb qaytarmadı Həbs edildi
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub.
Bakıvaxtı.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirli bilinib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il həbs cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.
Araşdırmalar zamanı məlum olub ki, S.Mahmudova həm də repetitor kimi fəaliyyət göstərib. O, şagirdlərindən birinin anasında külli miqdarda pul olmasını öyrənib və özünün guya qızıl biznesinin olduğunu deyərək onun inamını qazanıb. Bu yolla valideyndən 65 min manat alaraq ələ keçirib.
Məhkəmə valideynin müəllimə qarşı mülki iddiasını da təmin edib. Ondan 48 min manat məbləğin tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib.
Baxış sayı:94
Bu xəbər 29 Sentyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















