Icma.az
close
up
RU
Şagirdlər dərsə planşetlə gedəcək AÇIQLAMA

Şagirdlər dərsə planşetlə gedəcək AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şagirdlərin məktəb çantalarının həddindən artıq ağır olması uzun illərdir həm valideynləri, həm də ekspertləri narahat edən əsas problemlərdən biridir. Mövzu yenidən rəsmi gündəmə gətirilib. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə dərs vəsaitlərinin optimallaşdırılması təklif olunur. Məqsəd şagirdlərin fiziki sağlamlığının qorunması, xüsusilə onurğa və skelet sisteminə düşən artıq yükün azaldılması, eləcə də tədris prosesinin daha səmərəli təşkili kimi müəyyənləşdirilir. Bu müzakirələr fonunda dərs yükünün azaldılması məqsədilə bəzi dərsliklərin ixtisarı və ya birləşdirilməsi imkanları nəzərdən keçirilir. Dərsliklərin sayının və həcminin azaldılması, alternativ olaraq isə şagirdlərin planşet və digər rəqəmsal cihazlarla tədris prosesinə cəlb olunması modelinin hazırkı mərhələdə nə dərəcədə real və tətbiq oluna bilən həll yolu olduğu müzakirə mövzusuna çevrilib.
Bu barədə təhsil eksperti Şəmsi Qocayev Demokrat.az-a açıqlamasında bildirib ki, dərsliklərin çəkisini azaltmağın yolu fənlərin süni şəkildə ixtisarından deyil, tədris metodikasının yenilənməsindən keçir:
““Məktəb çantası deyil, sanki daş karxanasıdır” - bu acı zarafat illərdir Azərbaycan valideynlərinin dilindən düşmür. Ombudsmanın 2025-ci il üzrə məruzəsində məsələnin rəsmi şəkildə gündəmə gətirilməsi göstərir ki, artıq şagirdlərin fiziki sağlamlığı “təhsil yükü”ndən daha önəmli prioritet kimi qiymətləndirilməyə başlanıb. “Blok-dərs” sisteminin tətbiqi və ya dərsliklərin rüblər üzrə daha kiçik hissələrə bölünməsi şagirdlərin, xüsusilə də formalaşma mərhələsində olan onurğasının artıq fiziki yüklənməsinin qarşısını ala biləcək. Bu daha çevik və real addımlar kimi qiymətləndirilir. Rəqəmsal keçid - yəni şagirdlərin planşetlərlə təmin olunması hələlik daha çox arzu olunan perspektiv təsiri bağışlayır. Paytaxtın bəzi mərkəzi məktəblərində bu model pilot layihə kimi uğurlu nəticə verə bilər. Amma ölkə üzrə vahid tətbiq həm ciddi texniki infrastruktur tələb edir, həm də uşaqların görmə sağlamlığı ilə bağlı əlavə suallar yaradır. Görünən odur ki, yaxın perspektivdə ən real və balanslı həll planşetə tam keçid deyil. Daha məqsədəuyğun addımlar kimi məktəblərdə fərdi dolabların yaradılması, dərsliklərin ağır cildlərdən azad edilərək yüngülləşdirilməsi və ümumilikdə tədris yükünün rasional təşkili çıxış yolu kimi önə çıxır”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri