Icma.az
close
up
RU
Şagirdlər narkomaniyanın fəsadlarından xəbərdardırmı? Psixoloqdan AÇIQLAMA

Şagirdlər narkomaniyanın fəsadlarından xəbərdardırmı? Psixoloqdan AÇIQLAMA

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir dövrdə uşaqların sağlam böyüməsi cəmiyyət üçün ən vacib məsələlərdən biridir. Bəzən müxtəlif neqativ təsirlər, o cümlədən narkotik vasitələr haqqında erkən yaşda məlumatlı olmaq zərurəti yaranır.

Bu baxımdan məktəblərdə maarifləndirmə tədbirlərinin aparılması mühüm rol oynayır.

Bəs məktəblərdə uşaqlarla bu həssas mövzu barədə kifayət qədər vacib və maarifləndirici şəkildə söhbətlər aparılırmı?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova bildirib ki, məktəblərdə mütəmadi olaraq narkomaniyaya qarşı müxtəlif tədbirlər keçirilir:

“Narkomaniyaya yox” şüarı ilə seminar və çıxışlar təşkil olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları bütün məktəblərdə şagirdlərlə görüşlər keçirərək bu zərərli maddələrin fəsadları barədə geniş izahatlar veriblər. Eyni zamanda uşaqlarla maarifləndirici və profilaktik işlər aparılır.

Təəssüf ki, narkotik maddələrə qurşanan uşaqlar arasında ailə nəzarətindən kənarda qalanlar, dağılmış ailələrin övladları daha çox müşahidə olunur. Bəzən dərslərində və davranışında problem olmayan uşaqlar da dost təsiri və ya təsadüfi söhbətlərlə bu bataqlığa sürüklənə bilirlər. “Bir dəfə dad, xoşuna gəlməsə, tərk edərsən” kimi fikirlərlə azyaşlılar aldadılaraq bu yola çəkilir. Onların psixoloji zəifliyi və təsirə açıqlığı bu təhlükəni daha da artırır.

Bu səbəbdən, mövzu hər dəfə gündəmə gələndə hüquq-mühafizə orqanları və məktəb rəhbərliyi tərəfindən ciddi tədbirlər görülür. Maarifləndirmə işləri mütəmadi aparılır. Hətta yaxın günlərdə İcra Hakimiyyəti tərəfindən keçirilən görüşdə də bu məsələ gündəmdə olub.

Narkomaniya erkən yaşda insanın həyatını alt-üst edə, onu ölümə sürükləyə bilər. Bu səbəbdən şagirdlərə tez-tez izah olunur ki, əgər haradasa şübhəli vəziyyət və ya riskli hal müşahidə etsələr, dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər. Uşaqlara başa salınır ki, kimisə bu barədə xəbərdar etmək qorxaqlıq deyil – əksinə, bu, həm özünü, həm də başqasını xilas etməkdir.

Narkomaniyaya aludə olanlar əsasən özlərini həyatda lazımsız və dəyərsiz hiss edən şəxslər olur. Ən çox da psixoloji çətinliklər yaşayan uşaqlar, ailədə münaqişələrə şahid olanlar, sevilmədiklərini düşünənlər bu təhlükəyə daha çox məruz qalırlar. Bəzən narkotik maddələr onlara “xoşbəxtlik” və “rahatlıq” kimi təqdim olunur və beləliklə də onlar bu yola düşürlər. Məktəblərdə bu barədə tez-tez söhbətlər aparılır”.

Psixoloq vurğulayıb ki, ayda bir dəfə mütləq narkomaniyanın fəsadları haqqında uşaqlara məlumat verilir:

“Onlara izah olunur ki, bu yolun sonu ciddi xəstəliklər və bəzən də ölümlə nəticələnə bilər. Bu xəstəliklərə tutulduqdan sonra uzun illər müalicə prosesi tələb oluna bilər.

Sevindirici haldır ki, artıq ölkəmizdə narkomaniyaya qarşı böyük reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə bir çox gənclər müalicə alaraq həyata qayıdırlar. Dövlət başçımızın bu istiqamətdə göstərdiyi diqqət və dəstək xüsusi qeyd olunmalıdır.

Ümumilikdə narkomaniya cəmiyyət üçün böyük bir bəladır. Vaxtında düzgün istiqamətləndirmə və dəstək göstərilərsə, gənclər bu bataqlığa düşmədən sağlam və xoşbəxt həyat qura bilərlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri