Icma.az
close
up
RU
Şagirdlər məktəbə necə aparılcaq: 3 nəfərə bir “UAZ” bəsdir

Şagirdlər məktəbə necə aparılcaq: 3 nəfərə bir “UAZ” bəsdir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar aktual olan mövzulardan biri də şagird sayı az olan məktəblərin rasionallaşmasıdır.

Bu gün ucqar bölgələrdə şagird sayı çox az sayda olan məktəblər var. Problemin həlli kimi də şagird sayı az olan məktəblərdən onların digər məktəblərə köçürülməsi göstərilir.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək:

“Şagird sayı az olan məktəblərdə, yəni 1,2,3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq". 

Bu da bir faktdır ki, ucqar bölgələrdə olan məktəblərdəki az saydakı şagirdlərin digər məktəblərə köçürülməsi də bir sıra problemləri ortaya çıxarır. Belə ki, bir kənddən digər kəndə gedəcək şagird üçün nəqliyyat, yol problemi var. 

Qeyri-sabit hava şəraitinin baş verməsi kimi amillər, yaxud keçilməz çayları olan kəndlər var ki, bu da uşaqlar üçün çətinliklər yaradır. 

Bəs az sayda şagirdlərin digər məktəblərə daşınması zamanı bu kimi problemlər necə həllini tapacaq?

Təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bu məsələ hər zaman gündəmdə olub:

“Xüsusilə son günlərin ən aktual mövzusudur. Cəmiyyət məktəblərin rasionallaşmasını qeyri-adi qarşıladı. Nəzərə alsaq ki, 2, 3 və yaxud 10 şagirdin olduğu məktəbin sayı 50-dən artıqdır. Ancaq bütün bunların hamısı büdcədə böyük maliyyə hesabına başa gəlir. Ona görə də mümkün qədər məktəblərin birləşdirilməsi nəzərdə tutulub.

Bunun necə tənzimlənəcəyinə gəldikdə isə, ucqar bölgələrdə fövqəladə hallar baş verirsə, bu həm təhsilə, həm də kənd təsərrüfatına və digər sahələrə də mənfi təsir edir. Ona görə də bundan kimsə sığortalanmayıb. Ancaq həlli mümkün olan məsələlər də var.

Belə ki, şagirdlərin daşınması, nəqliyyat xərci ilə bağlı 3 nəfər şagirdi bir “Niva”,  “UAZ” maşınında aparmaq olar. Yetər ki, Elm və Təhsil Nazirliyinin büdcəsində cari il üçün nəzərdə tutulan maliyyə diqqətdə saxlanılsın ki, onların çatdırılmasında problem olmasın”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri