Icma.az
close
up
RU
Şagirdlər məktəblərə qayıdır: Yuxu rejimini necə düzəldək?

Şagirdlər məktəblərə qayıdır: Yuxu rejimini necə düzəldək?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təxminən 4 həftədən sonra ibtidai sinif, orta məktəb, lisey şagirdləri  sinif otaqlarına qayıdacaqlar. Yuxu rejimində dəyişikliyə keçidi asanlaşdırmaq üçün indidən tədricən yaxşı vərdişləri bərpa etmək vacibdir. Doğrudur, bunu demək asandır, amma həyata keçirmək elə də sadə proses deyil. Elə indidən uşaqları tez yatmağa və daha tez oyanmağa təşviq etmək lazımdır.

Klinik psixoloq Şirin Məmmədli də Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə uşağın tətil müddətində də tamamilə rejimsiz qalmasının tərəfdarı deyil:

“Təbii ki, tətil vaxtı dərs dövründəki qədər sərt qrafikə ehtiyac yoxdur. Uşaq bir qədər gec yata, daha çox istirahət edə bilər. Amma yuxu saatlarının gecənin çox gec saatlarına qədər uzanması və səhərlər çox gec oyanmaq vərdişinə çevrilməsi məktəb başlayanda adaptasiyanı çətinləşdirə bilər. Məktəbin başlamasına 4 həftədən az vaxt qaldığı üçün rejimi indidən tədricən qaydaya salmaq daha məqsədəuyğundur. Məsələn, yuxu və oyanma saatlarını hər gün bir qədər tezləşdirmək mümkündür. Birdən-birə uşağı tətil rejimindən çıxarıb, əvvəlki saatda yatmağa məcbur etmək isə əksinə, gərginlik və müqavimət yarada bilər. Burada söhbət yalnız yuxudan getmir. Uşağın gündəlik həyatında müəyyən sabitliyin olması psixoloji baxımdan da əhəmiyyətlidir. Yuxu, qidalanma, fiziki aktivlik, ekran qarşısında keçirilən vaxt və istirahət üçün müəyyən çərçivənin olması uşağın özünü daha təhlükəsiz və rahat hiss etməsinə kömək edir. Tətil zamanı bu rejim bir qədər elastik ola bilər, amma tamamilə ortadan qalxmamalıdır”.  

Ş.Məmmədli onu da əlavə edib ki, məktəbə psixoloji hazırlıq da məhz son həftəyə saxlanılmamalıdır:

“Uşaqla məktəb haqqında müsbət şəkildə danışmaq, qarşıdakı dərs ilinin planlarını birlikdə müzakirə etmək, məktəb ləvazimatlarını birlikdə hazırlamaq və gündəlik rejimi tədricən dəyişmək uşağın keçidi daha rahat qəbul etməsinə kömək edə bilər. Xüsusilə kiçik yaşlı uşaqlarda valideynin münasibəti burada böyük rol oynayır. “Tətil bitdi, artıq istirahət yoxdur” kimi yanaşma uşağın məktəbə qarşı mənfi emosiyalarını artıra bilər. Bunun əvəzinə “məktəb başlayır, dostlarınla görüşəcəksən, yeni şeylər öyrənəcəksən” kimi müsbət mesajlar vermək daha faydalıdır”.

Müsahibimizin fikrincə, uşağın tətilini də tamamilə sərbəst rejimə çevirmək düzgün deyil:

“Tətil istirahət üçündür, amma sağlam gündəlik ritm qorunmalıdır. Məktəbə hazırlıq isə yalnız çanta və dəftərlərin hazırlanması deyil, həm də uşağın yuxu rejiminin, gündəlik ritminin və psixoloji olaraq məktəb həyatına keçidinin tədricən təşkil edilməsidir”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Avqust 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri