Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Şagirdlər niyə səhv ixtisas seçir? Ekspert səbəbləri AÇIQLADI

Şagirdlər niyə səhv ixtisas seçir? Ekspert səbəbləri AÇIQLADI

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda uzun illərdir şagirdlərin gələcək peşə seçimi maraq və bacarıqlarına deyil, topladıqları bala əsaslanır. Onun sözlərinə görə, uşaqlar arasında tez-tez “balım çatsa həkim, çatmasa biologiya müəllimi, o da alınmasa aqronom olacağam” kimi yanaşmalar müşahidə edilir. Nazir qeyd edib ki, təxminən 30 ildir davam edən bu düşüncə tərzi təhsil seçimlərinə mənfi təsir göstərir. O vurğulayıb ki, şagirdlərin bütün diqqəti topladığı bala və gələcəkdə qəbul olacağı ixtisasa yönəldiyi üçün onların maraq və motivasiyasını formalaşdırmaq çətinləşir.

Bəs şagirdləri bu fikirlərdən arındırmaq üçün nələr etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirdi ki, Azərbaycanda uzun illərdir ali məktəbə qəbul sistemi əsasən bal üzərində qurulduğundan, bir çox şagird əvvəlcə “hansı peşəni sevirəm?” sualını deyil, “topladığım bala hansı ixtisas düşür?” sualını verir:

"Nəticədə peşə seçimi maraq, bacarıq və şəxsiyyət xüsusiyyətlərindən çox imtahan nəticəsinə bağlı olur. Bu nüanslar əslində cənab nazirin fikirlərinin nə qədər doğru olduğunu təsdiqləyir. Şagirdləri bu düşüncədən uzaqlaşdırmaq üçün bir neçə istiqamətdə iş aparılmalıdır. Erkən yaşlardan peşəyönümü işləri gücləndirilməlidir. Məktəblərdə peşə məsləhətçiləri fəaliyyət göstərməlidir. Şagirdlər müxtəlif peşələrlə tanış edilməli, müəssisələrə ekskursiyalar təşkil olunmalıdır.

Digər tərəfdən, valideynlərin yanaşması da dəyişməlidir. Çox vaxt uşaqların üzərində təzyiq yaradan məhz valideynlər olur. “Mütləq həkim, hüquqşünas və ya mühəndis olmalısan” düşüncəsi əvəzinə uşağın güclü tərəfləri nəzərə alınmalıdır. Həmçinin peşə təhsilinin nüfuzu artırılmalıdır. Cəmiyyətdə hələ də ali təhsil peşə təhsilindən üstün hesab edilir. Halbuki yaxşı peşə sahibi olan texnik, proqramçı, dizayner və ya aqrar mütəxəssis bəzən universitet məzunundan daha uğurlu karyera qura bilir.

Əlavə olaraq ixtisaslar haqqında real məlumat verilməlidir. Bir çox abituriyent seçdiyi ixtisasın nə iş gördüyünü, əmək bazarında tələbatın necə olduğunu bilmir. Universitetlər və işəgötürənlər məktəblərdə daha aktiv təqdimatlar keçirməlidirlər. Peşə testləri və maraq-qabiliyyət analizləri aparılmalı, tələbələrə uyğun ixtisas və karyera planı hazırlanmalıdır. Məsələn, Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” alətindən istifadə imkanı təqdim edir. Bu alət şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Alət üç əsas istiqaməti əhatə edir: təfəkkür növləri üzrə test, şəxsi xüsusiyyətlər testi və maraq testləri. Bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib".

Onun sözlərinə görə, bundan başqa məktəblər və universitetlər aktuallığını itirən peşələr, tələbat artan sahələr və gələcəkdə yaranacaq yeni ixtisaslar haqqında mütəmadi seminarlar təşkil etməlidir. Bu, gənclərin real bazar tələblərinə uyğun seçim etməsinə kömək edir:

"Həmçinin ixtisas tanıtım günləri və sərgilər təşkil olunmalı, hər ixtisasla bağlı təqdimatlar, məzunlarla görüşlər və fakültələrin açıq qapı günləri keçirilməklə gənclərə birbaşa məlumat çatdırılmalıdır. Valideynlər üçün də seminar və müzakirələr təşkil olunmalı, peşə seçimində dəstək metodları və əmək bazarının real vəziyyəti barədə məlumat verilməlidir. Universitetlər və məktəblər bu addımları tətbiq etsə, gənclər daha məlumatlı, daha inamlı və maraq-qabiliyyətlərinə uyğun ixtisas seçə bilərlər.

Digər tərəfdən, problemin bütün məsuliyyətini şagirdlərin üzərinə qoymaq düzgün olmaz. Mövcud qəbul sistemi rəqabəti əsasən bal üzərində qurduğu üçün onların bu şəkildə düşünməsi müəyyən mənada təbiidir. Şagirddən marağına uyğun seçim etməsini gözləyiriksə, ona bu seçimi etmək üçün kifayət qədər məlumat, məsləhət və alternativ yollar da təqdim edilməlidir. Əsas məqsəd “yüksək bal toplamaq” yox, “öz potensialına uyğun peşə tapmaq” olmalıdır. Yüksək bal sadəcə vasitədir, məqsəd deyil".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2026 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri