Icma.az
close
up
RU
Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında YENİLİK

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında YENİLİK

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ildən 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yeni modelə keçid edilib ki, bu modeldə də ən nəzərəçarpan dəyişiklik xarici dil fənni (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə yazılı tapşırığın məzmununda özünü göstərir. Artıq şagirdlər təqdim olunan şəkillər əsasında qrammatik düzgünlük və yaradıcı yanaşma tələb edən hekayə yazmalıdırlar. 

Hazırda 9-cu sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında tətbiqi nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, əvvəlki illərlə müqayisədə imtahanda məzunlara təqdim edilən ümumi tapşırıqların sayı azaldılıb: “Belə ki, əvvəl 85 tapşırıq təqdim olunurdusa, bu ildən həmin rəqəm 81-ə endirilib. Xarici dil fənnindən isə tapşırıq sayı 30-dan 26-ya salınıb. Bu, hər hansı sualın ixtisar olunması deyil, ümumi strukturun yenidən təşkilidir”.

X.Xanlarzadə qeyd edib ki, yeni modelə əsasən, tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən isə 26 tapşırıq təqdim olunur. İmtahan üzrə maksimum bal 100-dür: 

“Yeni modeldə ingilis dilindən yazılı tapşırıq hissəsində şagirdlərə ardıcıl şəkildə təqdim olunmuş 3 şəkil əsasında hekayə yazmaq tapşırılır. Hekayə ən azı 35 sözdən ibarət olmalı və məzmun baxımından şəkillərlə uyğunluq təşkil etməlidir. Şagirdin yazı işi yaradıcı yanaşma ilə hazırlanmalı, fikirlər ardıcıl və aydın şəkildə ifadə olunmalıdır. Bu tapşırıq maksimum 2 balla qiymətləndirilir. Yeni modelin əsas məqsədi şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri