Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525ci qəzet 9cu siniflərin buraxılış imtahanında yenilik

525ci qəzet 9cu siniflərin buraxılış imtahanında yenilik

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva bildirib ki, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq: "Bu, yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarət olacaqlar. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə, bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür".

A.Batıyeva əlavə edib ki, xarici dil imtahanı üzrə 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq. Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun da qiymətləndirilməsi isə fərqlidir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nurinin sözlərinə görə, yeni imtahan modeli xarici dil predmeti ilə bağlı tətbiq ediləcək. Bu model artıq aprobasiyadan keçirilib, tapşırıq nümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış "Qiymətləndirmə tapşırıqları" kitablarında verilib: "Əslində, o qədər də ciddi əlavələr yoxdur. Sadəcə, IX sinif buraxılış imtahanlarının daha üst səviyyədə dəyərləndirilməsi meyarlarının da sırf buna görə müəyyənləşdirilməsindən ötrü belə bir addımın atılıb. Ən maraqlı yenilik şəkil tipli esse tapşırığı ilə bağlıdır. Bildiyimiz kimi, PHD (doktorantura) imtahanlarında belə bir qayda var: xarici dil bloku üzrə hər hansı bir şəkil, portret təqdim olunur və imtahan verən şəxs bir dəqiqə ərzində təsvirlə bağlı şifahi şəkildə esse danışmalı, öz fikrini əsaslandırmağı bacarmalıdır. IX siniflərin buraxılış imtahanlarında da bu metoda müəyyən qədər bənzəyən tapşırıq salınıb. Doğrudur, PHD imtahanı ilə IX siniflərin buraxılış imtahanlarının səviyyə və çətinlik fərqini eyniləşdirə bilmərik. Amma bu metoda bənzər şəkildə tapşırığın olması uşaqların xarici dil biliklərində daha hazırlıqlı olmalarına xüsusi motivasiya yaradacaq. Burada şagird təqdim olunan təsvir əsasında öz fikirlərini esse formasında, yazılı şəkildə əsaslandırmağa çalışacaq".

E.Nurinin fikrincə, imtahanlarda tətbiq edilən yeni model dəyişikliklərin əsas məqsədi qapalı tipli test tapşırıqlarının dominantlığını azaltmaq, şagirdlərin təhlilyönümlülük bacarıqlarının inkişafına şərait yaratmaqdır: "Diqqət etmisinizsə, hər dəfə qəbul olunan yeni model dəyişikliklər qapalı test tapşırıqlarından asılılıq dərəcəsinin azalmasına xidmət etmiş olur. Bu, əslində gələcəyə yönəlik çox düşünülmüş bir addımdır. Şagirdlərin 5 variantlı testlər üzərindən deyil, bu tipli tapşırıqlarla təhlilyönümlülük bacarıqları yönündən qiymətləndirmək onların İQ göstəricilərinə, analitik qabiliyyətlərinə də ciddi təsir etmiş olacaqdır".

Təhsil eksperti Elşən Qafarov deyib ki, "Təhsil haqqında" və "Ümumtəhsil haqqında" qanunlarda tam orta təhsilin əsas məqsədlərindən biri olaraq məzunların bir və ya bir neçə xarici dildə ünsiyyət qurmaq bacarığına malik olması göstərilir: "2024-cü ildən etibarən 9-cu siniflərdə, yəni ümumi orta təhsil səviyyəsində tətbiq edilən bu yenilik 2027-ci ildə tam orta təhsil səviyyəsində, yəni 11-ci sinif buraxılışlarında da tətbiq olunacaq. Hazırda ümumtəhsil məktəblərində tədris planı üzrə ən çox dərs saatı ayrılan fənlərdən biri xarici dildir. Qanunvericiliyə əsasən, ölkədə altı xarici dil tədris edilə bilər: ingilis dili, fransız dili, alman dili, rus dili, ərəb dili və fars dili. Bununla belə, ən çox tədris olunan xarici dillər ingilis və rus dilləridir. Fransız, alman, ərəb və fars dilləri isə yalnız az sayda məktəbdə tədris olunur. Lakin təəssüf ki, ümumtəhsil məktəblərində şagirdlərin xarici dil bacarıqlarının inkişafı zəifdir. Bunun əsas səbəblərindən biri bir çox müəllimin yetərli ünsiyyət bacarıqlarına malik olmamasıdır. Müəllimlərin xarici dil üzrə qrammatik bilikləri ilə yanaşı, ünsiyyət bacarıqlarına da malik olması vacibdir. Tətbiq edilən yeniliklər məhz bu bacarıqların yoxlanmasını və təkmilləşdirilməsini hədəfləyir. Düzgün istiqamət seçilsə də, bu qərarın bir qədər gecikmiş olduğunu söyləmək mümkündür. Buna baxmayaraq, bu, tam doğru və əsaslandırılmış addımdır. Növbəti illərdə prosesin daha da sərtləşdirilməsi və tələblərin genişləndirilməsi vacibdir. Bu, xarici dil tədrisinin keyfiyyətini artırmaq baxımından əhəmiyyətlidir".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzinin 2024-cü ilin buraxılış imtahanlarında tətbiq edəcəyi yeniliklər təhsil sisteminin keyfiyyətini artırmağa və şagirdlərin biliyini daha dəqiq qiymətləndirməyə yönəlib. Yeni imtahan modeli oxuyub-anlama və tətbiqetmə bacarıqlarını daha əhatəli şəkildə yoxlamağa imkan verəcək: "Dövlət İmtahan Mərkəzinin 2024-cü ilin buraxılış imtahanlarında tətbiq edəcəyi yeniliklər təhsil sisteminin keyfiyyətini artırmağa və şagirdlərin biliyini daha dəqiq qiymətləndirməyə yönəlib. Bu yeniliklər xüsusilə 9-cu siniflərin buraxılış imtahanlarında özünü göstərir. Yeni imtahan modeli oxuyub-anlama və tətbiqetmə bacarıqlarını daha əhatəli şəkildə yoxlamağa imkan verəcək. Eyni zamanda 11-ci siniflər üçün xarici dil üzrə imtahan modelində heç bir dəyişiklik edilməməsi sabitlik prinsipi ilə izah olunur. Lakin bu yeniliklərin həm müsbət, həm də mənfi tərəfləri var və onların hər biri ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. DİM-in təqdim etdiyi məlumatlara əsasən, 9-cu siniflərin imtahanlarında tətbiq ediləcək yeni model şagirdlərin məntiqi düşüncə qabiliyyətini, analitik yanaşma bacarığını və mətni dərk etmə səviyyəsini ölçməyə yönəlib. Yeni modelə görə, şagirdlər 4 fərqli mətnlə qarşılaşacaq. Bu mətnlərdən 3-ü kiçik həcmli, cəmi 1-2 cümlədən ibarət olacaq. Hər bir kiçik mətnə əsasən bir qapalı sual təqdim ediləcək. Dördüncü mətn isə daha böyük həcmli olub, şagirdlərin oxuyub-anlama və məlumatı tətbiqetmə bacarıqlarını yoxlamağa xidmət edəcək. Belə bir yanaşma mətn əsaslı öyrənmənin əhəmiyyətini ön plana çəkir".

Ekspertin fikrincə, məsələnin müsbət tərəflərindən biri odur ki, bu dəyişikliklər tədris prosesində oxuyub-anlama və məzmunu tətbiqetmə bacarıqlarına diqqəti artıracaq: "Şagirdlər mətnlərdən yalnız məlumat almayacaq, həm də həmin məlumatı analiz etmək, tətbiq etmək və uyğun nəticələr çıxarmaq qabiliyyətlərini inkişaf etdirəcəklər. Təhsildə uzun müddət əsas problem kimi göstərilən mexaniki əzbərləməyə söykənən yanaşma bu cür imtahan modelləri ilə azaldıla bilər. Şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək və oxuyub-dərk etmə qabiliyyətlərini daha dəqiq ölçmək üçün bu yeniliklər mühüm addımdır. Məktəblərdə də müəllimlər bu istiqamətdə tədris metodlarını yeniləyə bilərlər. Bununla belə, bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Yeniliklər hər zaman müəyyən adaptasiya çətinlikləri yarada bilər. Şagirdlər və müəllimlər yeni modelə uyğunlaşmaq üçün əlavə vaxt və resurslara ehtiyac duyacaqlar. Dörd mətnli imtahan formatı şagirdlərin vaxtı səmərəli idarə etməsini tələb edir və bu, xüsusən vaxtla bağlı çətinliklər yaşayan şagirdlər üçün əlavə təzyiq yarada bilər. Kiçik mətnlər üzrə verilən sualların sayı məhdud olduğundan şagirdlərin əhatəli bilik səviyyəsini tam şəkildə əks etdirməyə bilər. DİM və Təhsil Nazirliyi bu modelə keçidi dəstəkləmək üçün yeni təlim materialları və metodik göstərişlər hazırlamalıdır".

Kamran Əsədov hesab edir ki, imtahan modellərində dəyişikliklər valideynlər tərəfindən də birmənalı qarşılanmaya bilər: "Əgər yeniliklər barədə geniş izahat və maarifləndirmə işi aparılmasa, valideynlər bu modellərin faydalılığını tam anlamaya bilər və əlavə narahatlıq yarana bilər. Ümumilikdə, 2024-cü ilin buraxılış imtahanlarında planlaşdırılan yeniliklər müasir təhsil tələblərinə cavab verir və şagirdlərin daha çox tətbiqetmə və analitik düşüncə bacarıqlarını ölçməyə yönəlib. Bu dəyişikliklər Azərbaycan təhsilinin qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər".

Ekspert əlavə edib ki, 2024-cü ilin buraxılış imtahanlarında planlaşdırılan yeniliklər müasir təhsil tələblərinə cavab verir və şagirdlərin daha çox tətbiqetmə və analitik düşüncə bacarıqlarını ölçməyə yönəlib. Bu dəyişikliklər Azərbaycan təhsilinin qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər. Lakin uğurlu nəticə əldə etmək üçün müəllimlər, şagirdlər və valideynlər arasında geniş məlumatlandırma işləri aparılmalı, resurs və təlimlərlə dəstək təmin edilməlidir: "Yeniliklərin tətbiqi zamanı meydana çıxan çətinlikləri aradan qaldırmaq üçün davamlı monitorinq və düzəlişlər vacibdir. Beləliklə, yeni imtahan modelləri yalnız qiymətləndirməni deyil, tədris prosesini də müsbət istiqamətdə dəyişə bilər".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri