Icma.az
close
up
RU
Şagirdlərə planşet paylanacaq? Təhsildə yeni dövr: AÇIQLAMA

Şagirdlərə planşet paylanacaq? Təhsildə yeni dövr: AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda tədris prosesində rəqəmsallaşmanın genişləndirilməsi ilə bağlı müzakirələr davam edir. Xüsusilə dərsliklərin elektron formata keçirilməsi və bunun qanunvericilik səviyyəsində tənzimlənməsi məsələsi gündəmdədir.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hazırda ölkədə istifadə olunan bütün dərsliklərin elektron formatları mövcuddur və bu istiqamətdə hüquqi tənzimləmə təşəbbüsləri irəli sürülüb.
“Bu addımlar təhsil sahəsində rəqəmsallaşma prosesinin sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin planşetlərlə təmin edilməsi və xüsusilə ucqar bölgələrdə yerləşən məktəblərdə dayanıqlı və sürətli internet infrastrukturunun yaradılması dərsliklərin rəqəmsal istifadəsini ciddi problem olmaqdan çıxara bilər”, — deyə ekspert qeyd edib.
Məzahir Məmmədlinin sözlərinə görə əsas məsələ maliyyə və texniki imkanların düzgün qiymətləndirilməsi və prosesin əvvəlcədən planlaşdırılmasıdır:
“Bütün məktəblərin bu sistemə uyğunlaşdırılması üçün zəruri addımlar atılmalıdır. Əgər bu sahə qanuni əsasda tənzimlənər və Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunarsa, dərsliklərin elektron formata keçirilməsi və tədris prosesində tətbiqi ciddi çətinlik yaratmayacaq”.
Ekspert vurğulayıb ki, ümumilikdə təhsil sistemində rəqəmsallaşmanın geniş tətbiqi üçün lazımi şərtlər mövcuddur:
“Əsas tələb olunan bu prosesin düzgün idarə olunması və davamlı nəzarətdə saxlanılmasıdır. Bu dəyişikliklər şagirdlər, müəllimlər və valideynlər üçün təhsil resurslarına çıxışı daha rahat və əlçatan edəcək”.
Qeyd edək ki, dərsliklərin elektron formata keçirilməsi təhsil sistemində innovativ yanaşmaların tətbiqi və tədris resurslarından səmərəli istifadənin artırılması baxımından mühüm addım hesab olunur.
Əfsanə Kamal 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2026 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri