Icma.az
close
up
RU
Müəllimlər şagirdlərə xəbərdarlıq etməlidirlər ki... AÇIQLAMA

Müəllimlər şagirdlərə xəbərdarlıq etməlidirlər ki... AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Biz demək olar ki, hər gün Türkiyə türkcəsinə və rus dilinə aid sözləri eşidirik və ya işlədirik. Bu da təəssüfləndirici bir məsələdir. Bütün hallarda dil mühitin məhsuludur. Yəni dil hansı mühitdə yaranırsa, o mühitin təsiri də həmin dildə duyulur. Təbii olaraq, biz də 70 il Sovet imperiyasının tərkibində yaşamışıq və istər-istəməz oradan bizə sözlər qalıb, biz də davamlı şəkildə həmin sözləri işlədirik".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevin şagirdlərin yazılı cavablarında Türkiyə türkcəsinə və bəzi hallarda rus dilinə aid sözlərdən istifadə olunmasının müşahidə edildiyi barədə açıqlamasını şərh edərkən səsləndirdi.

Müsahibimizin fikrincə, bu məsələlər ilk olaraq ailədən başlayır:

"Uşaq dünyaya göz açır və ailədə davamlı olaraq rus kəlmələri, digər əcnəbi kəlmələri eşidir. Uşağın şüuraltında bu sözlər bir növ doğmalaşır. Dırnaqarası deyirəm, doğmalaşır və həmin sözləri istər-istəməz şagird öz leksikonuna salır və davamlı şəkildə o sözləri işlətməyə başlayır. Yavaş-yavaş da bunun nəticəsində dilimiz çirklənir, əcnəbi sözlər qatılır və bu, təbii ki, heç yolverilməz bir işdir. Mən düşünürəm ki, ilk olaraq ailələrdə bu işə diqqət yetirilməlidir. Daha sonra isə məktəbdə. Məktəbin də üzərinə böyük bir məsuliyyət düşür. Çünki məktəb şagirdin hər gün getdiyi bir yerdir, sosial bağlantılar burada baş verir".

Onun sözlərinə görə, əsasən dil müəllimləri və digər müəllimlər şagirdlərin nitqinə diqqət etməli, onları o sözlərdən təmizləmək üçün xəbərdarlıq etməlidirlər ki, həmin sözlər işlədilməsin:

"Bütün bunlarla yanaşı, şagird ibtidai sinifdən başlayaraq əvvəlcə milli filmlərə baxmalıdır. Məsələn, orada rus kəlmələri demək olar ki, işlədilmir. Sonra şifahi xalq nümunələrini öyrənməlidir, daha sonra bədii əsərlər, xırda-xırda hekayələr və daha sonra romanlar oxuduqca, mən hesab edirəm ki, bu sözləri aradan qaldırmaq olar.

Mən düşünürəm ki, biz müəllimlər, valideynlər bu işlə ciddi məşğul olsaq, o əcnəbi sözləri işlətməsək, təbii olaraq dilimiz zaman keçdikcə özünün, belə deyək də, o ilk nümunəsinə, yəni doğma saflığına qayıda bilər", - deyə Muradxan Hüseynov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri