Icma.az
close
up
RU
Şagirdləri ilə populyarlıq yarışına qoşulan MÜƏLLİMLƏR

Şagirdləri ilə populyarlıq yarışına qoşulan MÜƏLLİMLƏR

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda sosial şəbəkələrdə bir sıra müəllimlərin dərs zamanı şagirdlərinin şəkil və videolarını çəkib paylaşması geniş yayılıb. Bu tendensiya cəmiyyətdə birmənalı qarşılanmır və müəllimlərin dərs prosesinin səmərəliliyi, eləcə də peşə etikası ilə bağlı suallar doğurur.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib ki, bir tərəfdən müəllimlərin bu addımı atmasının əsas səbəblərindən biri öz fəaliyyətlərini nümayiş etdirmək, peşəkar fəaliyyətlərini cəmiyyətə çatdırmaq və həmkarları arasında tanınmaq istəyidir:

“Bəziləri bunu motivasiya məqsədilə etsə də, digərləri üçün bu, şəxsi imic və populyarlıq uğrunda yarışa çevrilib. Sosial media bu gün müəllimlərin özlərini tanıtdıqları, nüfuz qazandıqları platformaya dönüb. Amma sual yaranır: müəllim dərsdə daha çox şagirdin inkişafına fokuslanıb, yoxsa paylaşıma gedəcək "ideal kadr" axtarır?

Əgər çəkilişlər dərsin keyfiyyətinə təsir edirsə və müəllimin diqqətini əsas məqsədindən – tədrisdən – yayındırırsa, bu, artıq peşəkarlıq prinsipinin pozulması deməkdir”.

G.Əkbərova qeyd edib ki, digər tərəfdən, şagirdlərin görüntülərinin sosial şəbəkələrdə paylaşılması həm etik, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur:

“Hər bir uşağın məxfiliyi qorunmalıdır və valideyn razılığı olmadan onların şəkillərinin yayımlanması yolverilməzdir. Hətta razılıq olduğu halda belə, bu görüntülərin hansı məqsədlə və hansı auditoriyaya təqdim olunduğu çox diqqətlə nəzərə alınmalıdır. Uşaqların hüquqları və onların psixoloji rifahı müəllimlərin peşə etikasında əsas yer tutmalıdır.

Bir valideyn kimi bu məsələyə daha həssas yanaşıram. Valideyn olaraq mənim əsas vəzifəm övladımın təhlükəsizliyini və hüquqlarını qorumaqdır. Övladımın şəkli və videosu icazəmsiz paylaşılarsa, bu, mənim onun məxfiliyinə və təhlükəsizliyinə nəzarət hüququma birbaşa müdaxilədir. Üstəlik, sosial şəbəkələrə yüklənmiş bir görüntü artıq müəllimə və ya məktəbə məxsus olmur; kimlərinsə həmin fotoları və videoları pis məqsədlərlə istifadə etməyəcəyinə zəmanət yoxdur. Valideyn olaraq istəmərəm ki, övladım kimsənin şəxsi brendinin və populyarlıq yarışının alətinə çevrilsin”.

Müsahibimiz qeyd edib ki, uşaqlar özləri də bəzən bu paylaşımların gələcəkdə onlara necə təsir edə biləcəyini anlamırlar:

“Bir video və ya şəkil bu gün zərərsiz görünə bilər, lakin illər sonra həmin görüntü onların şəxsi həyatında və psixoloji durumunda problem yarada bilər. Bu səbəbdən valideynlər əvvəlcədən məlumatlandırılmalı, onlardan rəsmi razılıq alınmalıdır və paylaşımın məqsədi tam şəffaf izah olunmalıdır.

Sonda isə vurğulamaq istəyirəm: müəllim cəmiyyətdə nümunəvi şəxsdir. Onun əsas vəzifəsi sosial mediada görünmək yox, şagirdlərin təlim-tərbiyəsinə diqqət yetirməkdir. Müəllim valideyn etimadını qazanmalı, övladlarımızın hüquqlarını və məxfiliyini hər zaman üstün tutmalıdır. Əks halda, valideynlə müəllim arasındakı inam zədələnir və bu, həm tədris prosesinə, həm də uşaqların rifahına mənfi təsir edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Mart 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri