Müəllimlər bundan sonra şagirdləri döyə biləcək Danimarkada
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Danimarkada müəllimlərə sinifdə nizam-intizamı qorumaq və təhlükəli halların qarşısını almaq məqsədilə müəyyən şərtlər daxilində şagirdlərə fiziki müdaxilə etmək hüququ verilməsi nəzərdə tutulur.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın təhsil naziri Maqnus Heunicke tərəfindən gündəmə gətirilən qanun layihəsi məktəblərdə zorakılıq, aqressiv davranışlar və əşyalara zərər vurulması hallarının artması ilə əlaqədar hazırlanıb.
Layihəyə əsasən, müəllimlər təhlükə yaradan, digər şagirdlərə və ya şəxslərə fiziki və psixoloji zərər vuran, əşyalara ziyan vuran, eləcə də dərsin gedişinə mane olan şagirdlərə qarşı fiziki müdaxilə edə biləcəklər.
Bununla belə, fiziki müdaxilənin yalnız son çarə kimi tətbiq edilməli olduğu vurğulanır.Təhsil naziri Maqnus Heunicke bildirib ki, müəllimlər hadisələr zamanı müdaxilə etməkdən çəkinməməlidirlər. Onun sözlərinə görə, təklif olunan dəyişikliklərin əsas məqsədi məktəblərdə təhlükəsizliyi və nizam-intizamı təmin etməkdir. Qeyd edək ki, qanun layihəsinin qüvvəyə minməsi üçün Danimarka parlamentində səsverməyə çıxarılması və qəbul edilməsi lazımdır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Oktyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















