Icma.az
close
up
RU
“Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin icrasına başlanılıb

“Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin icrasına başlanılıb

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin icrasına başlamışdır. Bu layihənin əsas məqsədi ailə dəyərlərinin qorunması,ailədaxili ünsiyyət və məsuliyyət mədəniyyətinin gücləndirilməsi istiqamətində məktəblərdə, səhiyyə müəssisələrində və ictimai mühitdə, sosial şəbəkələrdə maarifləndirici tədbirlər həyata keçirməkdir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyinin sədri Ağanənə Seyidqızı QHT.az-a məlumat verib.

"Layihə tədbirləri 3 ay ərzində əsasən Sumqayıt şəhəri və ətraf qəsəbələri əhatə edəcək. Sosial mediada aparıcaq məlumatlandırma, maarifləndirmə tədbirləri isə daha geniş əraziləri və əhali təbəqələrini əhatə edəcək.

Layihə çərçivəsində Sumqayıt şəhərinin orta məktəblərində gənclər və müəllim heyəti üçün, səhiyyə müəssisələrində isə həkim və tibb bacılarının iştirakı ilə ailə dəyərləri, ailədaxili ünsiyyət mədəniyyəti, ailə məsuliyyəti və hüquqlar mövzusunda 2 saatlıq  maarifləndirici seminar keçiriləcək. Bundan başqa layihə müddətində yerli QHT nümayəndələri, icma liderləri və media əməkdaşlarının iştirakı ilə “Sağlam ailə – sağlam cəmiyyət” mövzusunda dəyirmi masa görüşü təşkil olunacaq. Dəyirmi masada ailədaxili münaqişələrin, məişət zorakılıqlarının, boşanmaların səbəbləri, bunların azaldılması üçün çıxış yolları barədə fikir mübadiləsi aparılacaq və mövzunun mediada, şosial şəbəkələrdə səmərəli işıqlandırılıması üçün yollar aranacaq".

Həmçinin, layihənin icrası müddətində sosial şəbəkələrdə ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və ailə dəyərlərinin təbliği məqsədilə maarifləndirici paylaşımlar, videoçarxlar və hekayələr kampaniyası həyata keçiriləcək, maarifləndirici videoçarxlar və xoşbəxt ailə tarixçələri paylaşılacaq. Birliyin ofisində gənc ailələr və nikaha hazırlaşan cütlüklər üçün “Ailə məsləhət günləri” təşkil olunacaq. İnsanlar bu görüşlərdə hüquqşünaslardan pulsuz fərdi məsləhət və hüquqi yardım ala bilərlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri