Icma.az
close
up
RU
“Sağlam cəmiyyət ailədən başlayır” mövzusunda dəyirmi masa keçirilib

“Sağlam cəmiyyət ailədən başlayır” mövzusunda dəyirmi masa keçirilib

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində Sumqayıt şəhərinin 30 saylı tam orta məktəbində dəyirmi masa təşkil edilib.

"Cebheinfo.az" xəbər verir ki, dəyirmi masanı “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq Birliyin fəaliyyəti, indiyə qədər həyata keçirdiyi layihələr və may ayından icrasına başlanan layihənin məqsədi və əhəmiyyəti, görülən işlər barədə qısa məlumat verdi. O bildirdi ki, sağlam ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyətin təşviqi cəmiyyətin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra söz Sumqayıt 1 saylı Mediasiya Təşkilatının direktoru, tanınmış vəkil Etibar Həsənova verildi. Etibar Həsənov dəyirmi masanı proqram üzrə idarə edərək iştirakçılarla geniş fikir mübadiləsi aparıb. Tədbir zamanı milli ailə dəyərləri, ailədaxili ünsiyyət mədəniyyəti, ailə hüquq və məsuliyyətləri, məişət zorakılığının qarşısının alınması, ailədaxili münaqişələrin və boşanmaların səbəbləri, eləcə də onların aradan qaldırılması yolları ətrafında müzakirələr keçirilib.

Müzakirələr zamanı mediasiyanın ailə münasibətlərinin tənzimlənməsində rolu, münaqişələrin sülh yolu ilə həllinin əhəmiyyəti və hüquqi maarifləndirmənin vacibliyi xüsusi vurğulanıb.

Dəyirmi masada iştirak edən müəllimlər və texniki işçilər müzakirələrdə fəal iştirak edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər. Tədbir iştirakçıları bu cür maarifləndirici təşəbbüslərin ailə institutunun möhkəmləndirilməsinə və sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verdiyini qeyd edərək gələcəkdə bu istiqamətdə davamlı tədbirlərin təşkilinin vacibliyi də vurğulanıb.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış paylama materialları təqdim olunub.

Qeyd edək ki, “Sağlam cəmiyyət ailədən başlayır” layihəsinin əsas məqsədi milli ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərdə sağlam ünsiyyət mədəniyyətinin təşviqi, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə sağlam ailə modelinin möhkəmləndirilməsinə dəstək verməkdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri