Icma.az
close
up
RU
“Sağlam həyat tərzini seç” adlı maarifləndirmə görüşü keçirilib

“Sağlam həyat tərzini seç” adlı maarifləndirmə görüşü keçirilib

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Gənclər arasında sağlam həyat tərzinin təşviqi və rəqəmsal dövrün yaratdığı sağlamlıq riskləri barədə məlumatlılığın artırılması məqsədilə Bakı şəhərində “Sağlam həyat tərzini seç” adlı maarifləndirmə görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsi , Qida Təhlükəsizliyi Hərəkatı və Gənclərin Töhfəsi İctimai Birliyi birgə təşkilatçılığı, National Assembly of Youth Organizations of the Republic of Azerbaijan və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB tərəfdaşlığı ilə baş tutub. Globus Centre-də keçirilən görüşdə 40 fəal gənc iştirak edib.

Seminar çərçivəsində müasir dövrdə gənclərin üzləşdiyi aktual sağlamlıq problemləri müzakirə olunub. “Ekran Nəsli: Gözlərini qoru, gələcəyini gör” mövzusunda çıxış edən sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova düzgün qidalanmanın insan sağlamlığına, xüsusilə də göz sağlamlığına təsiri, rəqəmsal asılılığın yaratdığı risklər və sağlam həyat vərdişlərinin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra göz sağlamlığı üzrə mütəxəssis, cərrah-oftalmoloq Günel Xalıqverdiyeva “Gənclərdə göz sağlamlığı, gecə telefon istifadəsi və görmə problemləri” mövzusunda təqdimatla çıxış edib. Mütəxəssis uzunmüddətli ekran istifadəsinin yaratdığı problemlər, gecə saatlarında smartfonlardan istifadənin mənfi təsirləri və görmə qabiliyyətinin qorunması üçün vacib tövsiyələrini iştirakçılarla bölüşüb.

İnteraktiv müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılar üçün xüsusi sosial aksiya təşkil olunub. Seminarda iştirak edən 40 gəncin hər biri pulsuz göz müayinəsindən keçib, onlara fərdi tövsiyələr verilib və sertifikatlar təqdim olunub.
Həmçinin tədbir iştirakçılarına maarifləndirici məqsədlə “İslamda Qida Mədəniyyəti” adlı kitab hədiyyə edilib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyun 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri