Icma.az
close
up
RU
Sağlam ürək üçün boşqab planı vacibdir Xəbərdarlıq

Sağlam ürək üçün boşqab planı vacibdir Xəbərdarlıq

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Dünyada ən çox görülən ölüm səbəblərindən biri olan ürək xəstəlikləri birbaşa olaraq qeyri-sağlam qidalanma vərdişləri ilə əlaqəlidir.

Medicina.az xəbər verir ki, bu barədə türkiyəli Qidalanma və Pəhriz Mütəxəssisi Pakize Gizem Akgül xəbərdarlıq edib.

Doymuş yağ, duz və işlənmiş qidaların həddindən artıq çox yeyilməsinin ürək-damar sağlamlığını təhdid etdiyini ifadə edən ekspert deyib:

"Koroner ürək xəstəliyindən ölümlərin təxminən üçdə biri birbaşa qidalanma ilə bağlıdır" .

Akgül oturaq həyat tərzi, siqaret və qeyri-sağlam qidalanmanın ürək xəstəliklərini tətiklədiyini, xüsusilə gənclər arasında artan fast food vərdişinin ciddi risk yaratdığını bildirib:

"Hər 5-8 kiloqram çəki artımı koroner ürək xəstəliyi riskini təxminən yüzdə 25 artırır".

Həftədə ən az bir dəfə balıq yeməyin ürək xəstəliyi riskini azaltdığını xatırladan Akgül, omeqa-3 yağ turşularının ürək sağlamlığına müsbət təsirlərinə diqqət çəkib.

Balıq yeyə bilməyənlərin qoz, kətan toxumu və kanola yağı kimi bitki qaynaqlarından faydalana biləcəyini söyləyib. Bununla belə, qan durulaşdıran dərmanlardan istifadə edən şəxslərin bu əlavələri şüursuz şəkildə qəbul etməmələri lazım olduğunu vurğulayıb.

Ürək sağlamlığını qorumaq üçün tərəvəz, meyvə, paxlalılar, tam taxıl və zeytun yağından ibarət pəhriz planının qəbul edilməsi lazım olduğunu bildirən Akgül, "Balanslı qidalanma və nizamlı fiziki fəaliyyətlə ürək xəstəliklərinin qarşısını almaq olar. Bu gün atacağınız kiçik bir addım sabah ürəyinizi qoruya bilər", deyə əlavə edib.

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 17 May 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri