Icma.az
close
up
RU
Sağlamlığınız üçün ən faydalı 4 bitki XALQ TƏBABƏTİ

Sağlamlığınız üçün ən faydalı 4 bitki XALQ TƏBABƏTİ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Bu 4 bitkidən həm tək-tək, həm də qarışıq formada bol-bol istifadə etməyiniz məsləhətdir.

QARAZİRƏ  UD HİNDİ ZƏNCƏFİL  SARIKÖK

Əvvəlcə bu bitkilər haqqında tək-tək qısa məlumat verim, sonra bu bitkilərin birlikdə qarışımları haqqında yazım.

Qarazirə haqqında

Mükəmməl bir immunostimulyatordur, qarazirə qədər immun sistemini gücləndirən ikinci bir bitki tanımadım. Bütün dünya alimlərinin lobarotoriyalarda ən çox effekt aldığı bitki qarazirədir. Uşaqdan tutmuş qocalara qədər hamı istifadə edə bilər (yalnız hamilələrdən başqa)

Ud hindi haqqında

Bizim dildə hind budağı. Hindistanda bitir, haqqında möhtəşəm bir hədis var. Bütün xəstəliklərdə hicama ilə bərabər müalicəvi effekt göstərə bilir. İltihab, allergiya əleyhinə mükəmməl bir təsiri vardır.

Zəncəfil haqqında

Quranda adı çəkilən yeganə ədviyyatdır, zəncəfil qədər ürək-qan dövranını normallaşdıran, bədəndən soyuqluğu götürən, damarları təmizləyən, orqanların qidalanmasını yaxşılaşdıran ikinci bir bitki tanımadım.

Sarıkök haqqında

Bütün xəstəliklərin banisi hazırda bədən mühitinin turşu mühitə meyillənməsidir (bu daha çox qəbul etdiyimiz yeməklərdən asılıdır) desək yanılmarıq, bədəni qələviləşdirmək və qələvi mühitdə bizə əziyyət verən bir çox xəstəliklərin aradan qalxması üçün ən yaxşı bitkilərdən biri sarıkökdür.

Qarazirə + Ud hindi:

Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür, hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar, bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: İmmunitet artırmaq üçün mükəmməl bir vasitədir. Şiş xəstəlikləri zamanı və bəd xassəli şişlərdən qaçmaq üçün istifadə edə biləcəyimiz ən yaxşı qarışımlardan biridir. Allergiyadan əziyyət çəkənlər üçün mükəmməl bir vasitədir. Bu qarışım insanı skleroz olmaqdan qoruyur, hormonal pozğunluğu, kistaları, miomaları, sağalmaz yaraları olanlar üçün faydalıdır. Şəkər xəstəliyi əleyhinə təsiri vardır. Astma bronxit olanlar üçün faydalıdır.

Qarazirə + Zəncəfil:

Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür, hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Əzələ qıcolmaları, bədən soyuqluğu, dəri səpmələri, ürəkbulanma, köp, qrip uzun zaman daxili xəstəliklərin törətdiyi ağrılardan xilas olmaq üçün əla bir qarışımdır.

Qarazirə + sarıkök:

Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Bu iki bitki birlikdə bütün şiş xəstəliklərinə təsirləri bir çox dünya alimləri tərəfindən sübut edilmişdir. Hər iki bitki bədəni qələviləşdirir, çox güclü antioksidantlardır. Xəstə olmayan insanlar belə arada 10-15 gün bu qarışımdan istifadə edin, uşaqlarınıza sevdirin, günümüzdə sənayenin qurbanları olmuş bədənimizi təmizləmək üçün mükəmməl bir qarışımdır.

Ud hindi + Zəncəfil:

Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Bütün ürək qan damar xəstələri, yüksəlmiş qaraciyər fermentləri (ALT, AST, BİLRUBİN, TRİQLİSERİDLƏR, XOLESTERİN LİPİDLƏR və.s) üçün mükəmməl bir qarışımdır. Ürək damarlarının trombozu, miokard infarktı, aterosleroz xəstələri üçün əla bir qarışımdır. Bütün qurdlar əleyhinə təsiri vardır.

Ud hindi + Sarıkök:

Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün, ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Hər iki bitki damarları elastikləşdirir, bizi gələcəkdə Als Haymer olmaqdan qoruyur (tam yaddaşsızlıq xəstəliyi), damarların içindəki ziyanlı xolesterini azaldır. Ağız acılığı olanlar üçün faydalıdır öd tərkibini durulaşdırır, köpü götürür, kəskin qastritdə istifadəsi məsləhət görülməsə də xroniki qastritdə istifadə edilməsi çox yaxşı nəticə verir.

Zəncəfil + Sarıkök:

Bitkilərin hərəsindən 200 qram götürülür, üyüdülür, hava buraxmayan şüşə balona tökülür. İstifadə etmək üçün yaxşı olar bu qarışımdan 1 ovuc götürüb balaca bir şüşə qaba tökülsün ağzı kip bağlansın ki hava keçməsin. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı ağıza atıb üstdən 1 stəkan su içilsin və ya 1 stəkan suya və ya qatığa qarışdırılıb yeyilsin. Təsirləri: Hər iki bitki güclü antioksidantdır. Bağısaq, süd vəzisi, mədəaltı vəz xərçəngindən əziyyət çəkənlər üçün mükəmməl bir qarışımdır. Əllərdə, ayaqlarda səpmələr, dəri qaşınmaları, oynaq ağrıları, revmatoidli poliartit xəstələri üçün çox faydalı qarışımdır. Birlikdə istifadəsi ürəkbulanma üçün faydalıdır. Sinir ağrıları, bel, boyun, quluncolmalar üçün faydalıdır.

Qarazirə – 50 qram

Ud hindi – 50 qram

Zəncəfil – 50 qram

Sarıkök – 50 qram

Bal – 1 kq

Bitkiləri toz formasına salıb, bal ilə qarışdırıb məcun hazırlanılır. Məcun çox güclü bir immunitet artırıcıdır. Prostat vəzi hiperplaziyasında, astma bronxitdə, revmatizmdə, revmatoidli poliartritlərdə, qan azlığında qan dövranı pozğunluqlarında, hepatitlərdə, xroniki bronxitlərdə, bədən soyuqluğunda və sairə kimi xəstəliklərdə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyilməlidir.

Mənbə: fizulihuseynov

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri