Sağlamlığınız üçün ən yağşı idman tennisdir
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tenis oynayan insanların daha uzun yaşadığı müəyyənləşib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, “Mayo Clinic Proceedings” jurnalında dərc olunan araşdırmaya görə, tenis oynayan şəxslərin oturaq həyat tərzi keçirən insanlarla müqayisədə təxminən 10 il daha uzun yaşadığı deyilib.
Araşdırmada tennisin futbol, velosiped sürmək, üzgüçülük və qaçışla müqayisədə ömrün uzadılması ilə daha güclü əlaqəsinin olduğu bildirilib. Bununla belə, mütəxəssislər tennisin birbaşa uzunömürlülüyə səbəb olduğunu dəqiq söyləməyin mümkün olmadığını vurğulayıblar. Çünki tennis oynayan insanların ümumilikdə daha sağlam həyat tərzinə sahib olması da mümkündür.
“British Journal of Sports Medicine” jurnalında yayımlanan başqa bir araşdırmaya əsasən isə tennis oynamaq ürək xəstəliklərindən ölüm riskini 56 faiz, hər hansı səbəbdən vaxtından əvvəl ölüm riskini isə 47 faiz azalda bilər.
Mütəxəssislər tennisin həm fiziki, həm də zehni və sosial baxımdan sağlamlığa müsbət təsir göstərdiyini qeyd edirlər.
Bütün bədəni çalışdırır
Tennis zamanı qaçmaq, dayanmaq, istiqaməti dəyişmək, raketlə zərbə vurmaq kimi müxtəlif hərəkətlər yerinə yetirilir. Bu da ayaq, qarın, çiyin, qol və bel əzələlərinin eyni vaxtda işləməsinə imkan yaradır.
Mütəxəssislərin sözlərinə görə, tennis həm sürətli və partlayıcı hərəkətləri təmin edən əzələ liflərini, həm də dözümlülüyə kömək edən əzələ liflərini işə salır. Bundan əlavə, bu idman növü tarazlıq və koordinasiyanın inkişafına da kömək edir.
Tenisin əsas faydaları:
Ürək-damar sistemini gücləndirir;
Bədənin müxtəlif əzələ qruplarını çalışdırır;
Sümük sıxlığının qorunmasına və inkişafına kömək edir;
Tarazlıq, koordinasiya və refleksləri yaxşılaşdırır;
Fiziki aktivliyi artırır;
Uşaqlıqdan yaşlılığa qədər müxtəlif yaş qruplarında məşğul olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Sentyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















