Sağlamlıq imkanları məhdud uşaqlar üçün seminar və təlimlərə başlanılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
Sağlamlıq imkanları məhdud uşaqlara keyfiyyətli təhsil imkanlarının yaradılması və bu sahədə çalışan müəllimlərin səriştələrinin artırılması məqsədilə oktyabrın 6-dan 10-dək Azərbaycan Dövlət Pedaqoji Universitetində maarifləndirici seminarlara, oktyabrın 6-9-da isə Bakı Slavyan Universitetində təlimlərə başlanılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların yaşayış yerlərinə yaxın ərazidə təhsil alması üçün görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu təşəbbüs həmin kateqoriyadan olan uşaqların tipik inkişaf edən həmyaşıdları ilə eyni sinif və ya məktəbdə təhsil almasına şərait yaradır.
Qeyd edək ki, hazırda Bakı şəhərində 10 məktəbəqədər təhsil müəssisəsində xüsusi qruplar fəaliyyət göstərir. Bundan əlavə, 41 ümumi təhsil məktəbində inklüziv, 60 məktəbdə isə inteqrasiyalı təhsil həyata keçirilir.
İlkin mərhələdə proqramda paytaxtın 15 inteqrasiya təlimli məktəbinin xüsusi siniflərində çalışan 30 pedaqoq iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 06 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















