Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Lənkəran şəhər Günərzi Qayğı Mərkəzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir FHN və ƏƏSMN arasında imzalanan əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planının icrası ilə əlaqədar təşkil olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə əlilliyi olan şəxslərə və onların ailə üzvlərinə müvafiq biliklərin verilməsi olub.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən zəlzələ və yanğınlarla bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah olunub, maarifləndirci videoçarxlar nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Dekabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















