Icma.az
close
up
RU
Şah İsmayıl Sultan Səlimin öldüyünü eşidəndə nə edib? Barından ŞOK

Şah İsmayıl Sultan Səlimin öldüyünü eşidəndə nə edib? Barından ŞOK

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çaldıran döyüşünə dair çıxışı və oradakı ifadələri Azərbaycan cəmiyyətində və ekspert dairələrində ciddi müzakirələrə səbəb olub. Bununla yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da Şah İsmayılla bağlı qalmaqallı fikirlər səsləndirib.

Bəzi ekspertlər məsələnin iki qardaş ölkə – Azərbaycan və Türkiyə cəmiyyətləri arasında soyuqluq yaradacağını düşünür.

Globalinfo.az-a danışan millət vəkili Hikmət Babaoğlu deyib ki, tarixdə türklərin bir-biri ilə savaşması təəccüblü deyil, əksinə, güclərinin göstəricisidir:

“Tarixin müxtəlif dövrlərində türklər dünya siyasətinə yön verən gücə sahib olublar. Bu güc zaman-zaman onların bir-biri ilə qarşıdurmalarını qaçılmaz edib.

Türklərin bir-biri ilə savaşması təkcə Çaldıran döyüşü ilə məhdudlaşmır. Məsələn, Otluqbeli döyüşündə Ağqoyunlu hökmdarı Uzun Həsənlə Osmanlı sultanı II Mehmet qarşılaşıb. Başqa bir nümunə isə Ankara döyüşüdür – burada da Osmanlı sultanı Yıldırım Bəyazidlə Əmir Teymur qarşı-qarşıya gəlib. Yəni tarixdə türkün türklə döyüşməsinə dair saysız-hesabsız misallar var.

Tarixdə baş verənləri tarixdə saxlamaq lazımdır. Türk o qədər güclü olub ki, yalnız başqa bir türk onu dayandıra bilib. Bu qəribə səslənsə də, həm də qürurvericidir. Çünki türkü ancaq türk dayandıra bilirdi. Əgər kimsə Çaldıran döyüşünü məzhəb savaşı kimi təqdim edirsə, bu da yanlışdır. Çünki qeyd etdiyim digər misallarda da sünni müsəlman türklər bir-biri ilə döyüşüb. Çaldıranı məzhəb zəmnində şərh etmək, türkçülüklə düşmənçilik etmək deməkdir”.

Hikmət Babaoğlu

Deputat qeyd edib ki, bu gün gözümüzün qarşısında güclənən bir Türk birliyi var:

“Bunu gözü götürməyənlər var və ona görə də bu birliyə kölgə salmağa çalışırlar. Hansısa liderin bu və ya digər tarixi savaşdan daxili auditoriyası üçün istifadə etməsi şəxsləşdirilməməlidir. Düşünürəm ki, bütün bu baş verənlər türk birliyini istəməyən qüvvələrin fitnəsidir”.

Türkiyəli politoloq Həsən Barın da qeyd edir ki, Azərbaycanın tarixi türkün tarixi ilə sıx bağlıdır və bu, ortaq tariximizdir:

“Çaldıran döyüşü bir tərəfin digərinə qarşı üstünlük qazanmaq üçün apardığı mübarizə idi. Ümumiyyətlə, türk tarixində bu kimi savaşlar təkcə Çaldıranla məhdudlaşmır. Belə müharibələr hələ Səlcuqlular dövründən və daha əvvəldən başlayaraq baş verib. Osmanlı imperiyası Anadolu türk Birliyini yaratmaq məqsədilə bir çox türk bəyliklərini öz hakimiyyətinə tabe edib.

İldırım Bəyazid bu birliyi yaratsa da, nəticədə o da Əmir Teymurla qarşılaşmalı oldu. Tarix boyunca bu cür döyüşlər və müharibələr daim baş verib. Amma bu faktlara əsaslanaraq Azərbaycan və Türkiyə xalqları arasında düşmənçilik yaratmaq, tarixə ilişib qalmaq mənasızdır. Əksinə, bu cür yanaşmalar yalnız ortaq düşmənlərin işinə yarayar.

Həsən Barın

Tarixçilər və ziyalılar bu cür qarşıdurmaları gücün birləşdirilməsi istiqamətində baş vermiş hadisələr kimi görürlər. Şah İsmayıl və Yavuz Sultan Səlimin bir-birini şəxsi olaraq sevdiyi də deyilir. Hətta bəzi mənbələrə görə, Yavuzun ölüm xəbərini eşidən Şah İsmayıl kədərlənib və ağlayıb. Şah İsmayıl bu gün Türkiyədə yeddi ulu ozandan biri kimi tanınır, şeirləri sevilərək oxunur.

Doğma şəhərim Kütahya döyüşdən əvvəl Şah İsmayıl tərəfindən işğal olunsa da, yerli əhalidə ona qarşı mənfi münasibət yoxdur. 52 illik Kütahyalıyam, amma nə tarixçilərdən, nə də kütahyalılardan Şah İsmayıl haqqında bir pis söz eşitmişəm. Amma Yavuz Sultan Səlim və Kuyucu Murad Paşa ilə bağlı tez-tez tənqidlər eşidirik”.

H.Barın qeyd edib ki, bir prezidentin türk tarixini hər detalı ilə bilməsi mümkün deyil:

“Çox zaman bu cür çıxışlar mətn müəllifləri tərəfindən hazırlanır. Düşünürəm ki, bu cümlələr də məhz tarixi kontekstdə yetərincə araşdırılmadan yazılmış ifadələrin nəticəsidir.

Azərbaycan və Türkiyə tarix boyu birlikdə mübarizə aparıb və gələcəkdə də birlikdə addımlamalıdır. Çanaqqala savaşında, Qurtuluş savaşında və Qarabağda birgə şəhid olmuşuq. “İki dövlət, bir millət” prinsipinə əsaslanan bu münasibətlərə tarixə ilişərək kölgə salmaq yalnız düşmənlərimizə sərf edər. Yavuz Sultan Səlim də, Şah İsmayıl da bizim cəddimizdir – doğrusuyla, yanlışıyla. Onlara sahib çıxmaq bizim borcumuzdur”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri