Icma.az
close
up
RU
Şah İsmayılı İrana bağışlamaq istəyənlər səhv etmirlər... Sabir Rüstəmxanlı

Şah İsmayılı İrana bağışlamaq istəyənlər səhv etmirlər... Sabir Rüstəmxanlı

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Bəzi yoldaşlarım tariximiz, Səfəvi dövləti və Şah İsmayıl Xətai şəxsiyyəti ətrafında yenidən qızışan mübahisələrə niyə münasibət bildirməməyimlə maraqlanırlar. Yəni, tariximizin bu son dərəcə parlaq dövrü yenidən tarixi kontekstdən və şərtlərdən uzaq, milli və dövlət maraqlarımıza ziyan vuran, lazımsız bir şəkildə müzakirə olunursa, sən niyə susursan? Haqlı sualdır".

"Bakupost" xəbər verir ki, bunu Xalq şairi, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

Xalq şairi təəssüflə deyib ki, Xətai ilə bağlı mübahisələr normal dialoq mədəniyyətindən uzaqdır, hörmətsizlik, milli əxlaqımıza yaraşmayan təhqir və böhtanlarla doludur.

"Belə şəraitdə nə danışasan? İkincisi, az qala bütün publisistika kitablarımda bu gün müzakirə olunan məsələlərə münasibətim var. Yəni çox yazmışam bu haqda. Bununla bağlı teledebatlara da qatılmışam. Bundan əlavə və ən əsası “Millj taleyimiz və biz” (2018-ci il) və “Vətəndaşlığın əlifbası”(2022-ci il) adlı iki kitabım var ki, birincisi bütövlüklə, ikincisinin böyük bir hissəsi bizim tarixə yanaşma probleminə həsr olunib.

Birinci kitab bu gün sosial mediada gah öyülən, gah döyülən Güntay Tölgeye cavab vermək ehtiyacından doğulmuşdu.(12 məktub).

Mətbuatda bu kitab "müəllifin Güntay Gəncalp Bayandırlı (Güntay Tölge) və Saleh Məhmətlə apardığı məktublaşmaları, milli kimlik, tarixi yaddaş və türk dünyasının taleyi ilə bağlı dərin düşüncələrini ehtiva edən publisistik-fəlsəfi əsər”; “Azərbaycan xalqının tarixi keçmişi, milli oyanış prosesləri, dil, etnik və mənəvi dəyərlər, həmçinin çağdaş türk dünyasının qarşılaşdığı problemlərim müzakirə olunurduğu kitab” kimi təqdim olunmuşdu. Maraqlananlar tapıb oxuya bilərlər.

Yazdıqlarımı təkrar etmək istəmirəm. Sosial mediadakı düşüncələr, qarşılıqlı ittihamlar getdikcə durulur. Tarix bitmiş bir kitabdır, onu dəfələrlə oxumaq olar, amma bir sözünü də dəyişdirmək mümkün deyildir. Onu inkar edib gələcəyi qurmaq olmaz. Bununla uğraşmaqdansa tarixi dərindən öyrənib onun səhvlərini təkrar etməyək".

S.Rüstəmxanlı Xətai ilə bağlı mübahisələrə vacib bir əlavə də edib:

"Şah İsmayılı və Səfəvi dövlətini Azərbaycandan qoparıb İrana bağışlamaq, Şah İsmayılın türk kimliyini, Səfəvi dövlətinin türk dövləti olmasını inkar edənlər, nə niyyət güdürlər güdsünlər, əslində böyük yanlışlığa yol vermirlər, çünki İran deyilən ərazi səlcuqlardan başlayaraq min il elə türk yurdu olub. İran demək - burada qədimdən kök atmış türk uluslarının, o cümlədən, Azərbaycan türklərinin vətəni demək idi. İran - Persiya və ya Farsistan deyildir. Fars varlığı yalnız qismən saray yazışmalarında və ədəbiyyatda qalırdı. İran o ərazidə yaşayan bütün xalqların vətəni olsa da, daha çox və bütövlükdə türklərə, Türk sülalə dövlətlərininə məxsus idi, onların vətəni, onların savaşıb qoruduqları, qurduqları doğma yurdlarıydı. Bizim eradan qabaq da bu ərazi İranla Turanın həm savaş, həm yanaşı yaşadıqları məkan olub. Yəni türkün ayağı İrandan heç vaxt üzülməyib. “Türklərin İranı” deyimi çox dəqiqdir. Azərbaycan nə qədər qədim olsa da, dünya və Avropa tarıxçılləri Hind-Avropa təəssübkeşliyi ilə daim Persiya adını irəli çıxarıblar. Azərbaycan bəzən İranın bütün ərazisini, bəzən də bir hissəsini bildirib, türklərin daha sıx yaşadığı ölkə olub. Bunu qədim İslam mənbələri də təsdiq edir.

İran türkləri bu günə qədər fəxrlə “iranlıyam” deyirlər, haqlıdırlar, çünki İran farslardan çox onlarındır. Buna görə də İran adından imtina etmirlər. “İranlıyam” demək türklüyü inkar və ya fars olmaq anlamına gəlməz".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Avqust 2026 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri