Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı da Şah İsmayıl mübahisəsinə qoşuldu

Sabir Rüstəmxanlı da Şah İsmayıl mübahisəsinə qoşuldu

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bəzi yoldaşlarım tariximiz, Səfəvi dövləti və Şah İsmayıl Xətai şəxsiyyəti ətrafında yenidən qızışan mübahisələrə niyə münasibət bildirməməyimlə maraqlanırlar. Yəni, tariximizin bu son dərəcə parlaq dövrü yenidən tarixi kontekstdən və şərtlərdən uzaq, milli və dövlət maraqlarımıza ziyan vuran, lazımsız bir şəkildə müzakirə olunursa, sən niyə susursan? Haqlı sualdır".
Modern.az xəbər verir ki, bunu Xalq şairi, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.
Xalq şairi təəssüflə deyib ki, Xətai ilə bağlı mübahisələr normal dialoq mədəniyyətindən uzaqdır, hörmətsizlik, milli əxlaqımıza yaraşmayan təhqir və böhtanlarla doludur.
"Belə şəraitdə nə danışasan? İkincisi, az qala bütün publisistika kitablarımda bu gün müzakirə olunan məsələlərə münasibətim var. Yəni çox yazmışam bu haqda. Bununla bağlı teledebatlara da qatılmışam. Bundan əlavə və ən əsası “Millj taleyimiz və biz” (2018-ci il) və “Vətəndaşlığın əlifbası”(2022-ci il) adlı iki kitabım var ki, birincisi bütövlüklə, ikincisinin böyük bir hissəsi bizim tarixə yanaşma probleminə həsr olunib.

Birinci kitab bu gün sosial mediada gah öyülən, gah döyülən Güntay Tölgeye cavab vermək ehtiyacından doğulmuşdu.(12 məktub).

Mətbuatda bu kitab "müəllifin Güntay Gəncalp Bayandırlı (Güntay Tölge) və Saleh Məhmətlə apardığı məktublaşmaları, milli kimlik, tarixi yaddaş və türk dünyasının taleyi ilə bağlı dərin düşüncələrini ehtiva edən publisistik-fəlsəfi əsər” ; “Azərbaycan xalqının tarixi keçmişi, milli oyanış prosesləri, dil, etnik və mənəvi dəyərlər, həmçinin çağdaş türk dünyasının qarşılaşdığı problemlərim müzakirə olunurduğu kitab” kimi təqdim olunmuşdu. Maraqlananlar tapıb oxuya bilərlər.

Yazdıqlarımı təkrar etmək istəmirəm. Sosial mediadakı düşüncələr, qarşılıqlı ittihamlar getdikcə durulur. Tarix bitmiş bir kitabdır, onu dəfələrlə oxumaq olar, amma bir sözünü də dəyişdirmək mümkün deyildir. Onu inkar edib gələcəyi qurmaq olmaz. Bununla uğraşmaqdansa tarixi dərindən öyrənib onun səhvlərini təkrar etməyək.

Vacib bir əlavə

Şah İsmayılı və Səfəvi dövlətini Azərbaycandan qoparıb İrana bağışlamaq, Şah İsmayılın türk kimliyini, Səfəvi dövlətinin türk dövləti olmasını inkar edənlər, nə niyyət güdürlər güdsünlər, əslində böyük yanlışlığa yol vermirlər, çünki İran deyilən ərazi səlcuqlardan başlayaraq min il elə türk yurdu olub. İran demək- burada qədimdən kök atmış türk uluslarının, o cümlədən, Azərbaycan türklərinin vətəni demək idi. İran- Persiya və ya Farsistan deyildir. Fars varlığı yalnız qismən saray yazışmalarında və ədəbiyyatda qalırdı. İran o ərazidə yaşayan bütün xalqların vətəni olsa da , daha çox və bütövlükdə türklərə, Türk sülalə dövlətlərininə məxsus idi, onların vətəni, onların savaşıb qoruduqları, qurduqları doğma yurdlarıydı. Bizim eradan qabaq da bu ərazi İranla Turanın həm savaş, həm yanaşı yaşadıqları məkan olub. Yəni türkün ayağı İrandan heç vaxt üzülməyib. “Türklərin İranı” deyimi çox dəqiqdir. Azərbaycan nə qədər qədim olsa da dünya və Avropa tarıxçılləri Hind-Avropa təəssübkeşliyi ilə daim Persiya adını irəli çıxarıblar. Azərbaycan bəzən İranın bütün ərazisini, bəzən də bir hissəsini bildirib, türklərin daha sıx yaşadığı ölkə olub. Bunu qədim İslam mənbələri də təsdiq edir. (“Azərbaycan haqqında nə deyə bilərsən?”- “Azərbaycan qədimdən türklərin vətənidir”-VII yüzil) İran türkləri bu günə qədər fəxrlə “İranlıyam” deyirlər, haqlıdırlar, çünki İran farslardan çox onlarındır. Buna görə də İran adından imtina etmirlər. “İranlıyam”demək türklüyü inkar və ya fars olmaq anlamına gəlməz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri