Icma.az
close
up
RU
Şah İsmayılla bağlı mübahisələrə son qoymaq üçün təklif

Şah İsmayılla bağlı mübahisələrə son qoymaq üçün təklif

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Şah İsmayıl Xətai və Səfəvilərin Azərbaycan tarixindəki rolu ilə bağlı sosial şəbəkələrdə davam edən mübahisələr yeni müzakirələrə səbəb olub. Milli Məclisin İntizam komissiyasının üzvü, deputat Nəsib Məhəməliyev məsələnin emosional müstəvidən çıxarılaraq elmi əsaslarla araşdırılmasını təklif edib.

Azpost.info bildirir ki, deputat bunun üçün alim və mütəxəssislərdən ibarət müstəqil elmi komissiyanın yaradılmasını vacib sayır.

“Mübahisələrə elmi müstəvidə nöqtə qoyulmalıdır”

Nəsib Məhəməliyev Modern.az-a açıqlamasında bildirib ki, Şah İsmayıl və Səfəvilərlə bağlı mübahisələr obyektiv və elmi şəkildə araşdırılmalıdır.

Onun sözlərinə görə, yaradılacaq komissiya məsələnin müxtəlif aspektlərini araşdırmalı və cəmiyyətdəki fikir ayrılıqlarına elmi müstəvidə aydınlıq gətirməlidir.

Deputat hesab edir ki, əks halda sosial şəbəkələrdə başlayan qarşıdurmalar gələcəkdə daha ciddi gərginliyə çevrilə bilər.

“Bir-birini tanımayan insanlar düşmənə çevrilir”

Deputat sosial şəbəkələrdə tarixi mövzular ətrafında yaranan qarşıdurmaların cəmiyyət daxilində parçalanmanı dərinləşdirə biləcəyindən narahatlığını ifadə edib.

“Məni ən çox narahat edən sosial şəbəkələr vasitəsilə bir-birini tanımayan insanların düşmənə çevrilməsidir. Bu, cəmiyyətin parçalanmasına xidmət edir”, – deyə Məhəməliyev bildirib.

O, XXI əsrdə dini qarşıdurmaların gündəmə gətirilməsini və tarixi hadisələrlə bağlı reallığa uyğun olmayan rəvayətlərin yayılmasını da tənqid edib.

Şah İsmayıla münasibət necə olmalıdır?

Nəsib Məhəməliyev Şah İsmayıl Xətaiyə münasibətin nə kor-koranə məhəbbət, nə də nifrət üzərində qurulmasını düzgün hesab edir.

Deputatın sözlərinə görə, Şah İsmayıl tarixi şəxsiyyət və Səfəvilər dövlətinin qurucusudur. Buna görə də onun fəaliyyətinə münasibət emosiyalardan deyil, tarixi faktlardan çıxış etməklə formalaşdırılmalıdır.

O bildirib ki, Şah İsmayıl Xətainin, Nadir şahın və digər tarixi şəxsiyyətlərin fəaliyyəti obyektiv şəkildə qiymətləndirilməlidir.

Bu qiymətləndirmə zamanı həmin şəxsiyyətlərin Azərbaycan xalqının inkişafına və birliyinə xidmət edən müsbət tərəfləri ilə yanaşı, mənfi məqamları da nəzərə alınmalıdır.

Deputatın fikrincə, tarixi şəxsiyyətlərlə bağlı müzakirələrin əsas məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq deyil, tarixi hadisələri elmi əsaslarla öyrənmək və obyektiv nəticələr ortaya qoymaq olmalıdır.

Bu baxımdan alim və mütəxəssislərdən ibarət müstəqil komissiyanın yaradılması təklifi sosial şəbəkələrdəki emosional müzakirələrin elmi müstəviyə keçirilməsi məqsədi daşıyır.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Avqust 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri