Türkiyədən Şah İsmayılla bağlı daha bir rəsmi BƏYANAT Qalmaqal böyüyür
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Türklər və kürdlər əsrlər boyunca birlikdə, yan-yana, çiyin-çiyinə, qardaş olaraq yaşayıblar. Məsələn, 1064-cü ildə Anadoluda ilk məscidin tikilməsindən sonra bölgədə İslamı yaymağı məqsəd olaraq görən Səlcuq Sultanı Alparslan Şeybanilərlə və Mərvanilərlə əməkdaşlıq nəticəsində buna nail oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
Kurtulmuş tarixdə kürdlərlə türklərin birlikdə böyük zəfərlərə nail olduğunu vurğulayıb və Osmanlı-Səfəvi müharibələrinə diqqət çəkib:
“Şərqin böyük komandiri, kürdlərin öndəri, İslam dünyasının ən önəmli sərkərdələrindən biri olan Səlahəddin Əyyubinin türk əsilli Nurəddin Zəngi ilə dostluğu, qurduqları ittifaq müsəlman xalqlara Qüdsün yolunu açdı. Nə vaxt birlikdə hərəkət etsək, fəthlərə nail olmuşuq.
Bir başqa nümunə isə Anadolu torpaqlarını başdan-sona zülmə qərq edən Səfəvi hökmdarı Şah İsmayıla qarşı Osmanlı sultan Səlimlə İdris-i Bitlisinin qurduğu böyük ittifaqdır. Bu birlik sayəsində 1514-cü ildə Çaldıran döyüşündən sonra müsəlmanların başları dik şəkildə, rahat və birlikdə mövcudluğunu qoruması təmin edildi. Çanaqqala savaşında türklər və kürdlər bərabər mübarizə apardılar”.
Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çaldıran döyüşünün türk, kürd və ərəbin ortaq zəfəri adlandırmışdı.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















