Icma.az
close
up
RU
Şahbaz Şərif: Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu

Şahbaz Şərif: Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Pakistan bu yaxınlarda düşmənə qalib gəlməyə müvəffəq oldu.
Tribunainfo.az xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
“Həmin düşmən ölkənin əhalisi Pakistanla müqayisədə 5 dəfə çoxdur. O ölkənin iqtisadi gücü də bizdən çoxdur. Həmin ölkə on illərdir ki, yüz milyardlarla vəsait xərcləyərək dünyanın ən müasir silahlarını alıb. Aprelin 22-də qətlə yetirilən 26 nəfərlə bağlı Hindistan tələsik Pakistana qarşı əsassız iddialar irəli sürdü, faktları uydurmağa çalışdı. Dünyaya mesaj verməyə çalışdı ki, Pakistan bu olaya görə təqsirkar bilinməlidir. Biz dərhal təklif etdik ki, şəffaf beynəlxalq bir tədqiqat aparılsın. Ancaq Hindistan Pakistana hücum etdi, 33 günahsız pakistanlı qətlə yetirildi. Onların sırasında uşaqlar, qadınlar, yaşlılar da vardı. Bu hücum nəticəsində 55 pakistanlı da yaralanmışdı. Biz bunu cavabsız qoya bilməzdik. Pakistanı müdafiə etməli idik. Qısa zamanda Hərbi Hava Qüvvələrimiz Hindistanın 6 hərbi təyyarəsini vurdu. O cümlədən dronlar da vuruldu. Biz Hindistana mesaj verdik ki, regionda firəvanlıq və sülhü təşviq edirik. Amma hücuma məruz qaldığımız məqamda buna var gücümüzlə cavab verəcəyik”, – deyə Pakistan Baş naziri vurğulayıb .

Şahbaz Şərif qarşıdurmanın 9-cu və 10-cu günlərdə Pakistanın Hindistana cavab zərbəsi endirdiyini nəzərə çatdırıb: “Buna qədər Hindistan hava limanlarımızı raketlə atəşə tutmuşdu. Biz Hindistanın hərbi infrastrukturuna hücum etdik. Onlar günahsız insanları qətlə yetirdi, biz hərbi infrastruktura zərbə endirdik. Səhər Hindistan müraciət etdi ki, atəşkəs elan edək. Bundan sonra Hindistanın müraciətinə müsbət cavab verdik. Biz inanırıq ki, sülh, atəşkəs olmalıdır və müharibədən istənilən üsullarla qaçmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 May 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri