Şahbaz Şərif: Pakistan Türkiyə əlaqələri çox yüksək səviyyədədir
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Pakistan və Türkiyə arasında münasibətlər beynəlxalq aləmdə görünməmiş səviyyədədir. Bunu Pakistanın baş naziri Şahbaz Şərif İslamabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
Məlumatı XQ “Anadolu”ya istinadən xəbər verib.
Hökumət başçısı qeyd edib ki, bu gün Türkiyə dünyanın ən sürətlə inkişaf edən və ən yüksək inkişaf etmiş ölkələri sırasındadır.
Şahbaz Şərif Türkiyə prezidentinin beynəlxalq aləmdəki fəaliyyətini yüksək qiymətləndirib. O, xüsusilə qeyd edib ki, Türkiyə lideri “müsəlman xalqların, xüsusilə də məzlumların hüquqlarını müdafiə etmək üçün ardıcıl çıxış edib və müsəlman dünyası onun sözlərini çox diqqətlə dinləyir”.
P.ƏMİRCANOV
XQ

Şahbaz Şərif: Pakistan böyük qələbə qazandı
07 May 2025 23:30
Şahbaz Şərif: Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu
28 May 2025 19:56
Şahbaz Şərif İrandadır
26 May 2025 15:56
Pakistan Hindistan müharibəsinə dəqiqələr qaldı: Şahbaz Şərif müraciət etdi
30 Aprel 2025 18:49
Şahbaz Şərif: Pakistan regionda sülh və firavanlığı təşviq edir
28 May 2025 17:59

